"Rumın mədəniyyətinin və incəsənətinin regionlarda təbliği" layihəsi yekunlaşdı - FOTOLAR
"Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti" İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qazax rayonunda "Rumın mədəniyyətinin və incəsənətinin regionlarda təbliği" layihəsini uğurla yekunlaşdırmışdır.
Layihə çərçivəsində Qazax rayonundan olan gənclərlə rumın mədəniyyəti və ədəbi irsinin təbliği sahəsində müzakirələr aparılmışdır. Gəncləri maraqlandıran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılaraq layihə ilə bağlı suallar cavablandırılmışdır.
Tədbirdə layihənin moderatoru Akif Əmirov çıxış edərək, Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərən ölkələr arasında Azərbaycanın xüsusi yeri olduğunu qeyd edib. Azərbaycan-Rumıniya arasında mədəni əlaqələrin inkişafı baxımından müstəqillik dövrünü xüsusilə qeyd etmək lazım olduğunu bildirib. Çıxışında iki ölkənin bir-biri ilə yaradıcılıq mübadiləsi və əməkdaşlığının artıq bir ənənəyə çevrildiyini bildirib. Tanınmış rumın jurnalist Minodor Mitrikanın Azərbaycan tarixinə, müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə, Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr etdiyi "Azərbaycan dirçəlişi" kitabının rumın və ingilis dillərində çap olunduğunu vurğulayıb. Bununla yanaşı böyük Azərbaycan şairi Məhəmməd Füzulinin Rumıniyada rumın dilində şeirlərinin tərcümə olunduğunu, yazıçı Anarın, Çingiz Abdullayevin, Elçinin əsərlərinin və Xalq şairi B.Vahabzadənin poemalarının rumın dilində tərcümə olunaraq çap edildiyini diqqətə çatdırıb. Bütün bu faktları nəzərə alaraq Azərbaycan gəncliyinin Rumıniyanı daha yaxından tanımağa ehtiyac olduğunu diqqətə çatdırıb.
Tədbirlərdə həmçinin Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək gəncləri salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. G.Həsənova Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında dayandığını qeyd edib. Ötən müddət ərzində Rumıniya ilə dostluq əlaqələrinin günü-gündən genişləndiyini, bütün sahələri əhatə etdiyini vurğulayıb. Belə bir tədbirlərin keçirilməsinin hər iki ölkə arasında olan dostluğu daha da möhkəmləndirdiyini bildirmişdir.



/ azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var