Rus dilində musiqi dinləyənlər CƏRİMƏLƏNƏCƏK
İctimai yerlərdə rus dilində musiqidən istifadəyə görə cərimələrin tətbiqini təklif edən qanun layihəsi Ukrayna Ali Radasına təqdim edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəd parlamentin saytında dərc olunub.
Qeyd olunub ki, musiqili fonoqramların, videoqramların, kliplərin, onların elementlərinin və digər əsərlərin ictimai istifadəsinə görə cərimə tətbiq ediləcək.
Cərimələr vətəndaşların vergi tutulmayan minimum gəlirlərinin 300-dən 500-ə qədər, təkrar qayda pozuntusuna yol verildikdə isə 1000-dən 1500-ə qədər təşkil edəcək.
Xatırladaq ki, 2022-ci il iyunun 19-da Ali Rada "təcavüzkar dövlətin musiqi məhsulunun ictimai istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsini qəbul edib. Sənədə əsasən, Ukrayna mediasında və ictimai yerlərdə rusiyalı sənətçilərin musiqisindən istifadə etmək qadağandır.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi