"Rusiya, Azərbaycan, Ermənistan Üçtərəfli İşçi Qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib
"Cənubi Qafqazda ticari-iqtisadi kommunikasiyaların açılması məsələləri ilə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı etdiyi Üçtərəfli İşçi Qrup məşğul olur".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahanianla danışıqlardan sonra deyib.
S.Lavrov kommunikasiyaların açılması ilə məşğul olan Üçtərəfli İşçi Qrupun fəaliyyətindən danışıb:
"İşçi qrup dinamik şəkildə fəaliyyət göstərir. Eyni zamanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı görüşlər keçirilir. İşçi qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib. Ümid edirəm ki, bu, yaxın vaxtlarda rəsmiləşəcək. Bu istiqamətdə işlərin təcrid olunmuş şəkildə deyil, "Şimal-Cənub" daxil olmaqla, daha geniş nəqliyyat layihələri ilə sıx əlaqədə aparılması xüsusilə vacibdir".
O, həmçinin vurğulayıb ki, görüşdə Rusiya, İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolunun kiçik hissəsinin tikintisi ilə bağlı davam edən müzakirələr ətrafında danışıqlar aparılıb.
Rusiya XİN rəhbərinin sözlərinə görə, sentyabrda profilli mütəxəssislərin təmasları planlaşdırılır.
///Report

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?