Rusiya bombaladı, 13 yaşlı idmançı öldü
Rusiyanın Sumiyə endirdiyi hava zərbəsi nəticəsində 13 yaşlı atlet Ulyana Vorona həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə V.Qolubniçi adına Yüngül Atletika İdman Məktəbindən məlumat verilib.
"Dərin kədər və ifadəolunmaz ağrı ilə bildiririk ki, düşmən təcavüzü nəticəsində şagirdimiz Ulyana Voronanın həyatı başa çatıb.
11 iyulda düşmənin Sumi şəhərini KAB-lar tərəfindən atəşə tutması zamanı o, ictimai nəqliyyat dayanacağında olub. Ulyana parlaq və istedadlı idmançı idi", – bəyanatda deyilir.
Ukrayna Atletika Federasiyasının prezidenti Olqa Saladuxa faciəyə münasibət bildirib.
"Rusiya idman gələcəyimizi məhv edir… Sözün hərfi mənasında.
Onun bütün həyatı qabaqda idi, çoxlu planları, ümidləri və gözləntiləri var idi. Ən əsası, o, sadəcə yaşaya və xoşbəxt ola bilərdi…", – Saladuxa qeyd edib.
FLAU rəhbəri mərhum qızın ailəsinə başsağlığı verərək, bu cinayətdə məsul olanların ədalətli şəkildə cəzalandırılmalı olduğunu bildirib./publika
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA