Rusiya bu ölkələrə pulsuz taxıl tədarük edəcək - Putin AÇIQLADI
3-4 aydan sonra Rusiya bəzi Afrika ölkələrinə 25-50 min ton taxıl tədarük etməyə başlayacaq.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya liderinin sözlərinə görə, çatdırılma pulsuz olacaq:
"Bu məhsulların istehlakçılara pulsuz çatdırılmasını da təmin edəcəyik".
Qeyd olunub ki, bu təşəbbüs çərçivəsində Zimbabve, Burkina-Faso, Somali, Mali, Mərkəzi Afrika Respublikası və Eritreya kimi ölkələrə taxıl göndəriləcək.
Putinin sözlərinə görə, Rusiya dünyada kənd təsərrüfatı məhsullarının ən məsuliyyətli tədarükçülərindən biridir.
O, ötən il Rusiyanın Afrikaya 11,5 milyon ton taxıl tədarük etdiyini bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri Rusiyadan taxıl tədarükünə mane olur.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi