Rusiya bunu dünyadan GİZLƏDİB: İki ay öncə...
Rusiyanın cənubundakı quşçuluq fabrikində 7 nəfərdə A (H5N8) quş qripi aşkar olunub.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un rəhbəri Anna Popova şənbə günü keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, "Vektor" Mərkəzinin alimləri bu növ quş qripinin genetik materialını Rusiya Federasiyasının cənubundakı quşçuluq fabrikində çalışan 7 nəfərdə 2020-ci ilin dekabrında aşkarlayıblar. Həmin şəxslər təcrid olunublar:
"Bu, dünyada A (H5N8) quş qripi virusuna yoluxma halının dünyada təsdiqlənmiş ilk hadisəsidir".
Onun sözlərinə görə, insanları və heyvanları qorumaq üçün bütün tədbirlər qısa müddətdə həyata keçirilib, bütün risklər minimuma endirilib və bu vəziyyət daha da inkişaf etməyib:
"Yeddi nəfərin hamısı özlərini yaxşı hiss edirlər. Klinik gedişat çox mülayim idi. Eyni zamanda alimlərimiz insan bədənindəki dəyişiklikləri və bu virusla qarşılaşarkən immunitetin reaksiyasını görə bildilər. Yeddi işçinin hər biri fabrikdə işləyirlər. Xəstəlik kifayət qədər tez bitdi".
Hüseyn
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək