Rusiya Donbasdakı qondarma "respublikalar"ı TANIYACAQ? - Kremldən AÇIQLAMA
"Rusiya cəmiyyəti Donbasın taleyinə biganə deyil, lakin Moskva Minsk razılaşmalarına sadiq qalır".
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov Dövlət Duması tərəfindən separatçı "Luqansk və Donetsk Respublikaları"nın tanınması ilə bağlı Prezident Vladimir Putinə müraciəti şərh edərkən bildirib.
"Bu məsələnin ictimai rəydə çox aktual olması heç kimə sirr deyil. Xalqımız Donbasda baş verənlərə çox ağrılı reaksiya verir. Donbas xalqının taleyinə heç kim biganə qalmır və bu, ictimai rəydə mövcud olan abı-havadır", – Kremlin sözçüsü bildirib.
Peskov qeyd edib ki, Rusiya dəfələrlə Minsk tədbirlər paketinə sadiq qaldığını və bütün Minsk fəaliyyət planının orada nəzərdə tutulan ardıcıllıqla mümkün qədər tez həyata keçirilməsinin tərəfdarı olduğunu bəyan edib.
O, Rusiyanın "Luqansk və Donetsk Xalq Respublikalar"ını tanıması ehtimalı ilə bağlı rəsmi qərarların verilmədiyini vurğulayıb.
Kremlin sözçüsü TASS-ın Rusiya Federasiyasının hansı şəraitdə belə bir addım ata biləcəyi sualına cavab verməkdə çətinlik çəkib: "Mən bu suala cavab verə bilmərəm. Bilirsiniz ki, bu məsələ ilə bağlı heç bir rəsmi qərar verilməyib, rəsmi müzakirələr aparılmır".
Dövlət Dumasında bu mövzunun müzakirəsi barədə danışan Peskov işarə edib ki, xalq nümayəndələri insanların fikrini, xalqın fikrini əks etdirir: "Ona görə də onlar xalq üçün aktual olanı müzakirə edirlər. Biz buna anlayışla yanaşırıq, başqa cür yanaşmaq mümkün deyil"./apa/
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var