Rusiya dünyada ilki bacardı
Dünyanın ilk üzən nüvə stansiyası olan "Akademik Lomonosov" şəbəkəyə bağlanaraq elektrik istehsal etməyə başlayıb.
Publika.az xəbər verir ki, Rusiyanın Atom Enerjisi Təşkilatı "Rosatom"dan verilən açıqlamaya görə, növünün ilk örnəyi olan nüvə stansiyası Rusiyanın şimalındakı Pevek şəhərini elektrik enerjisi ilə təmin edəcək.
Üzən stansiyanın yüksək gərginlikli şəbəkəsinə bağlanaraq elektrik verməyə başlaması üçün, qurudakı lazımi təsisatın qurulmasından sonra generatorlar sahil zolağındakı elektrik şəbəkəsinin parametrləri ilə sinxronizə edilib.
"Rosatom"un baş meneceri Aleksey Likaçev sözügedən layihənin Pevek şəhərini bölgənin enerji paytaxtına çevirmək istiqamətində mühüm addım olduğunu bildirib: "Akademik Lomonosov" şəbəkəyə bağlandıqdan sonra SMR (kiçik modullu reaktor) texnologiyalı elektrik istehsal edən dünyanın ilk nüvə stansiyası oldu. Bu, həm rus, həm də qlobal enerji sənayesi üçün fövqəladə dönüş nöqtəsidir".
Uzunluğu 114, eni isə 30 metr olan üzən stansiya hər biri 35 meqavatt potensiallı iki reaktordan ibarətdir.
100 minə yaxın insanın elektrik ehtiyacını qarşılayan "Akademik Lomonosov" buzqırıcılarda istifadə edilən sistemə bənzər "KLC-40C" reaktor sistemi ilə işləyir.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək