"Rusiya Ərdoğanın Qarabağda möhkəmlənmək cəhdinə belə cavab verib" - Politoloq detalları açıqladı
"Qarabağda sülhməramlıların taleyi məsələsində Rusiyanın Türkiyədən asılılığının artması nəzərə alınacaq".
KONKRET.az xəbər verir ki, bu barədə politoloq, Cənubi Qafqaz məsələləri üzrə ekspert Andrey Areşev danışıb.
O, bildirib ki, hadisələr, o cümlədən Rusiya ətrafında və Rusiya daxilində baş verənlər, yaxın illərdə çox qeyri-müəyyən və fərqli şəkildə cərəyan edə bilər.
"2025-ci ilə qədər Rusiyanın hansı vəziyyətdə olacağını bilmirik. Qarabağdakı sülhməramlı missiyasının müddətinin uzadılıb-uzadılmaması məsələsi son anda da həll olunacaq" – deyə politoloq bildirib.
Areşev əmin edib ki, Azərbaycan rəhbərliyini razılığa inandırmaq üçün ciddi səylər göstərilib.
"Biz xatırlayırıq ki, Türkiyə də Qarabağda sülhməramlı kimi iştirak etmək istəyirdi, lakin Rusiya Ərdoğanın Qarabağda möhkəmlənmək israrını keçmiş DQMV-nin inzibati hüdudlarından kənarda formal monitorinq mərkəzinə çevirə bildi" – deyə ekspert əlavə edib.
Rusiyanın Türkiyədən ciddi şəkildə asılılığını nəzərə alsaq, 2025-ci ildə bu məsələ necə həll olunacaq sualına isə Areşev belə cavab verib:
"Azərbaycanın əsas müttəfiqi, tərəfdaşı və himayədarı olan Türkiyədən ticarət, iqtisadi, logistika və digər sahələrdə asılılıq ciddi şəkildə artıb. Hesab edirəm ki, 2025-ci ildə bu, şübhəsiz ki, nəzərə alınacaq. Amma hazırda mən Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasına alternativ görmürəm", – deyə politoloq fikrini bitirib.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür