Rusiya "F-35"in qatili olan SİLAHI ELAN ETDİ: ABŞ-a ŞOK

Rusiya "S-500" müdafiə sistemləri yeni nəsil qabaqcıl qitələrarası ballistik raketləri, orta yüksəklikli raketləri, eləcə də hipersəs təyyarələrini və pilotsuz uçuş aparatlarını (PUA) məhv etməyə qadirdir.
Publika.az xəbər verir ki, bunu Rusiya hərbi media orqanı "Krasnaya Zvezda"ya general-mayor Sergey Babako deyib.
Döyüş təlimlərinin müasir hava hücum silahlarına bənzər texniki xüsusiyyətləri olan və ya daha inkişaf etmiş qabiliyyətli hədəflərə atəş açmağı əhatə etdiyini bildirən general silah və müdafiə raketləri kimi hərbi texnikanın istifadəsi ilə bağlı bütün detalların diqqətlə araşdırıldığını və təlimlər zamanı istifadə edildiyini vurğulayıb.
Rusiyanın yeni müdafiə silahının düşmənin ballistik raketlərini 600 kilometrə, təyyarələrini isə 500 kilometrə qədər vura biləcəyi iddia edilir.
Rusiya Müdafiə Nazirliyinin hərbi məktəbləri və akademiyalarından əlavə, ölkənin texniki universitetləri Hərbi Hava Qüvvələrinin Hava Raketindən Müdafiə bölmələrində xidmət etmək üçün hazırlanır. General Babako bu il mindən çox məzunun bu sahədə işə başladığını bildirib.
Ötən ilin dekabrında Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko "S-500" raket sistemi və "Voronej" uzunmənzilli erkən xəbərdarlıq radarlarının sınaqlar tamamlandıqdan sonra 2021-ci ildə xidmətə daxil ola biləcəyini elan etmişdi.
Uzunmənzilli erkən xəbərdarlıq radarları istənilən raketdən müdafiə kompleksinin onurğa sütunudur. "Voronej" radar ailəsinin hava məkanında ballistik raket və təyyarə hücumlarını izləyən 3 variantı var: "Voronej-M" (metr zolağı), "Voronej-DM" (destimetr zolağı) və "Voronej-SM" (santimetr zolağı). Üçü də vahid sistemdə işləyə və hədəf parametrlərini müəyyənləşdirə, daha dəqiq aşkar edə bilər.
"S-500" uzunmənzilli hava müdafiə kompleksinin vahid milli hava və raketdən müdafiə sisteminin təməl daşına çevrilməsi gözlənilir.
İyunun 28-də Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin hərbi məktəbləri və akademiyalarının məzunları ilə görüşündə "S-500 Prometey" müdafiə sistemi, "Sarmat" qitələrarası ballistik raket və "Zirkon" gəmi əsaslı hipersəsli raketlərin tezliklə xidmətə daxil ediləcəyini bildirmişdi.
"S-500"ün təkmilləşdirilməsi və bunun ABŞ-ın inkişaf etmiş, yüksək texnologiyaya malik təyyarələrini üstələməsi Qərb hərbi müşahidəçiləri arasında qızğın mübahisələrə səbəb olub.
Mayın 27-də "National Interest" qəzetindəki bir məqalədə "Kremlin son silah layihələrindən S-500, "Lockheed Martin"in "F-35 Lightning II" və "F-22 Raptor" kimi ABŞ-ın beşinci nəsil gizli döyüş təyyarələrinə qarşı Rusiyanın ən güclü silahları sırasında yer alır", - deyə qeyd edilib.
"Drive" dərgisində isə " "S-500"lər Rusiyanın NATO ilə Avropa sərhədləri boyunca regional ballistik raketdən müdafiə təmin etmək üçün ideal layihə olacaq", - ifadələrinə yer verilib.
Xarici müşahidəçilərə görə, "S-500"ü "S-400"ün tam xələfi adlandırmaq olmaz. Çünki bu, daha geniş strateji missiyaları yerinə yetirmək üçün hazırlanmış tamamilə yeni bir silahdır.

Dünya       Tarix: 15 iyul 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən video son xeber 2026 cebheden xeberler cəbhədən şad xəbər