Rusiya gündə 160 milyon avro İTİRİR
Avropa Birliyinin Rusiya xam neftinə tətbiq etdiyi sanksiyalar və tavan qiymət qərarı ölkəyə gündəlik 160 milyon avroya başa gəlir.
KONKRET.az xəbər verir ki, bu barədə Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi (CREA) məlumat yayıb.
Bildirilib ki, fevralın 5-dən etibarən qüvvəyə minəcək əlavə tədbirlərlə bu rəqəm gündəlik 280 milyon avroya yüksələcək.
Rusiyanın qalıq yanacaq ixracından əldə etdiyi gəlir embarqo və tavan qiymət tətbiqi səbəbindən əhəmiyyətli dərəcədə azalıb.
Qeyd olunub ki, sözügedən qərar Rusiyanın xam neft gəlirlərinin 32 faiz azalmasına səbəb olub. Gəlirlərinin azalmasına baxmayaraq, Rusiya ümumi yanacaq ixracından gündə 640 milyon avro qazanır.
Məlumata görə, Rusiya tavan qiymət çərçivəsində xam neft daşınmasından 3,1 milyard avro qazanıb.
Hesablamalara görə, qiymət həddinin 60 dollardan 25-35 dollara endirilməsi Rusiyanın neft ixracından əldə etdiyi gəliri gündə ən azı 100 milyon avro azaldacaq.
Qeyd edək ki, dekabrın 5-dən Rusiya neftinin qiymət həddi 1 barel üçün 60 dollar səviyyəsində müəyyən edilib.
İqbal Rzayev,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var