Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi ilin birinci yarısında 1% azalıb
Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 2024-cü ilin ilk altı ayında 1% azalaraq 28 milyard dollar təşkil edib.
KONKRET.azxəbər verir ki, hazırda ölkələr milli valyutalarla, xüsusən də Rusiya rublu və türk lirəsi ilə ödənişlərə keçir.
Qeyd edək ki, Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov fevral ayında bildirmişdi ki, ötən ilin 11 ayında Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 48,5 milyard dollar təşkil edib ki, bu da bir ilin eyni dövrü ilə müqayisədə 11 milyard dollar azdır.
Buravov bildirib ki, 2022-ci ildə Türkiyə ilə ikitərəfli ticarətin həcmi təxminən iki dəfə artaraq tarixi maksimuma – 65 milyard dollara çatıb.
2024-cü il iyulun 3-də Astanada Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub. Türkiyə lideri bildirib ki, ölkələr arasında ticarət dövriyyəsi ildə 55 milyard dollar təşkil edib. Ərdoğan işarə edib ki, məqsəd 100 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaqdır.
Günel Mikayılova,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir