Rusiya İran münaqişəsinin həllinə kömək etməyə hazırdır - Lavrov
Rusiya İranla ABŞ arasındakı münaqişənin həlli yollarının axtarışına dəstək verməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda bildirib.
Lavrov Moskvanın İranın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün diplomatiyaya üstünlük verməsini alqışladığını deyib. O, Fars körfəzi və Hörmüz boğazında böhrandan əvvəlki vəziyyətin bərpasının, o cümlədən gəmiçilik azadlığının təmin edilməsinin və təcavüzün təkrarlanmayacağına dair zəmanətlərin vacibliyini vurğulayıb.
Nazir Rusiyanın İranla əldə olunmuş razılaşmalardan, o cümlədən atom energetikası sahəsindəki əməkdaşlıqdan imtina etmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq, Moskva iqtisadiyyat və investisiya sahələrində razılaşmalara sadiqdir. Rusiyalı mütəxəssislər tədricən "Buşehr" Atom Elektrik Stansiyasına qayıdırlar.
Lavrov iki ölkənin karbohidrogenlər sahəsində əməkdaşlığı üçün geniş perspektivlərin olduğunu da qeyd edib. O, İran Prezidenti Məsud Pezeşkianın oktyabrın sonunda Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun sammitində iştirakına ümid etdiklərini bildirib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır
Biz eyni ananın iki oğluyuq - Dövlət Bağçalıdan Azərbaycana təbrik