Rusiya ölümcül silahın izindədir - ŞOK FAKTLAR

Rusiya ölümcül silahın izindədir - ŞOK FAKTLARDünya koronavirus pandemiyası ilə mübarizə apararkən Rusiya ilə bağlı qorxunc iddialar səsləndirilir.
Publika.az xəbər verir ki, mütəxəssislər Rusiyanın insanlığın sonuna səbəb ola biləcək silahın axtarışında olduğunu iddia edir.
Onlar Rusiyanın Ebola virusunu bir layihə çərçivəsində ölümcül bioloji silah kimi istifadə etməsindən qorxur. "Noviçok" zəhərlənmə hadisəsi ilə əlaqələri olan Federal Kəşfiyyat Bürosunun 68240 nömrəli komandasının "Toledo" kod adlı proqramın yaradıcısı olduğu düşünülür. Bu proqram çərçivəsində ortaya çıxan xəstəliklər dağıdıcı epidemiyalar, orqan çatışmazlığı və ciddi daxili qanaxmaya səbəb olur.
Sabiq ingilis hərbi kəşfiyyatçılarından biri Moskvanın xəstəlikləri analiz etməkdən çox "Toledo" proqramı vasitəsilə xəstəlikləri necə silah olaraq araşdırmasından qorxduğunu dilə gətirib.
Toledo İspaniyada vəbadan sonra xarabalığa çevrilmiş bir şəhərdir. ABŞ-ın Ohayo ştatında da 1918-ci ildə böyük qrip epidemiyası yaşayan eyniadlı şəhər mövcuddur.
Qazanc məqsədli işləməyən "OpenFacto" təşkilatının müfəttişləri Rusiya Müdafiə Nazirliyinin nadir və ölümcül patogenləri analiz edən 48-ci Mərkəzi Araşdırma İnstitutu adlı gizli komandasının olduğunu kəşf etdiklərini söyləyir.
Bu komandanın ölümcül sinir agenti "Noviçok"un yaradılmasına kömək edən 33-cü Mərkəzi Araşdırma İnstitutu ilə əlaqəsi var. "Noviçok" 2018-ci ildə İngiltərənin Salisböri şəhərində sabiq rus agenti Sergey Skripal və qızı Yulianı zəhərləmək üçün istifadə olunub.
Sənədlərə əsasən, ABŞ hər 2 institutu bioloji silahlar üçün araşdırma aparmaq ehtimalı səbəbilə sanksiyalara məruz qoyub. 48-ci komandanın "Toledo" proqramının lideri Federal Kəşfiyyat Bürosunun 68240 komandasına informasiya ötürdüyü bildirilir.
Başqa bir mənbə "The Mirror" nəşrinə bunları deyib: "Həm Rusiya, həm də Britaniyada "Noviçok" kimi silahlara qarşı necə müdafiə mexanizmi yaradılacağını öyrənmək üçün bioloji və kimyəvi müharibələri analiz edən laboratoriyalar mövcuddur".
Mənbə Rusiyanın "Noviçok" da daxil olmaqla Britaniyada bu tip dağıdıcı silahlardan istifadəyə nə qədər isti baxdığını sübut etdiyini bildirib: "Bu, Rusiyanın potensial olaraq Ebola ve Marburq haqqındakı araşdırmalarını sürətləndirməsi və ölümcüllüyünü silah kimi dəyərləndirməsi mənasına gələ bilər".
Ümumdünya Səhiyyə Təşkilatı Marburq virusunun 88% ölümcül olduğunu açıqlayıb. Xəstəlik 1967-ci ildə Almaniyanın Marburq və Frankfurt şəhərlərində, Serbiyanın Belqrad şəhərində 2 böyük epidemiyaya səbəb olub.
Bu ayın əvvəllərində Britaniya Müdafiə naziri Rusiyanın ölkə küçələrində ikinci kimyəvi silah hücumu ilə minlərlə insanı öldürə biləcəyini açıqlamışdı.
Zümrüd

Dünya       Tarix: 29 dekabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeber son xeberler 2026 xabar az cəbhədən ən son xəbərlər