Rusiya Paşinyanı diz çökdürəcək - İrəvana TƏLƏB GÖNDƏRİLDİ

Rusiya Paşinyanı diz çökdürəcək - İrəvana TƏLƏB GÖNDƏRİLDİRusiya Dövlət Duması Ermənistanın baş naziri Nikol Paşinyandan "İsgəndər" taktiki raket sistemlərinin keyfiyyəti ilə bağlı şikayətlərə görə üzr istəməyi tələb edib.
Publika.az xəbər verir ki, Dumanın Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksandr Şerin "Daily Storm"a müsahibəsində bu barədə danışıb.
O bildirib ki, Paşinyan Rusiya silahlarını tənqid edərək Qafqazdakı münaqişədə günahsız olduğunu vurğulamaq istəyib. Amma baş nazir açıq şəkildə üzr istəməlidir.
"Şübhəsiz ki, Paşinyan baş verənlərin cavabdehlərini tapmalıdır. Ancaq bu cür açıqlamalardan sonra dərhal ikitərəfli komissiya yaratmağa dəyər, çünki Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiya Federasiyasına qarşı bu açıqlama silahlarımızın və bütün ölkənin nüfuzuna çox ciddi zərbə vura bilər", - Şerin deyib.
Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini hesab edir ki, əvvəlcə öyrənmək lazımdır, Paşinyan "İsgəndər"in taktiki və texniki xüsusiyyətlərini ümumiyyətlə oxuyubmu və bu raketin nə üçün istifadə edildiyini bilirmi: "Şikayətin nə olduğunu başa düşmürəm. Yəqin ki, Paşinyanın heç vaxt hərbi məsələlərlə heç bir əlaqəsi olmayıb. Biz onun sözlərini ciddiyə almalıyıq. Bir adam belə şeylər deyirsə, yoxlama aparılmalıdır. O, iddialarını faktlarla təsdiqləməlidir. 10 "İsgəndər" raketinin buraxıldığını və yalnız birinin partladığını necə hesablamaq olar? Digər 9-u hara düşdü və partlamadı? Məncə, Paşinyan açıq şəkildə üzr istəməlidir. Lakin o, bütün dünyaya səs saldı. Paşinyanın ifadəsi onun, ümumilikdə, hərbi məsələlərə nə qədər "dərindən" girdiyini göstərir".
Qeyd edək ki, Nikol Paşinyan Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi zamanı "İsgəndər" taktiki komplekslərinin raketlərinin partlamadığını irəli sürmüşdü. O, silahların 80-ci illərdən qalma olduğunu demişdi.
Zümrüd

Dünya       Tarix: 24 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən video kriminal xəbərlər.com cəbhədən yeni xəbərlər