Rusiya Polşa yük maşınlarının öz ərazisindən keçməsini QADAĞAN EDİR
Dövlət Dumasının deputatları Polşadan gələn yük maşınlarının Rusiya ərazisindən keçməsini qadağan etməyi təklif edib. Bu təşəbbüs Dövlət Dumasının Nəqliyyat İnfrastrukturunun İnkişafı Komitəsinin rəhbəri Yevgeni Moskviçev tərəfindən irəli sürülüb.
KONKRET.azxəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
"Təcili olaraq iyunun 1-dən hökumətdən xahiş edirəm ki, Polşanın avtomobil nəqliyyatı şirkətlərinə Rusiya Federasiyasının ərazisindən idxal-ixrac yüklərinin daşınmasını qadağan edən fərmana dəyişiklik etsin", – deyə deputat bildirib.
Moskviçev bu qərarı aprelin 29-da Rusiyanın Varşavadakı səfirliyindəki məktəbin ələ keçirilməsinə cavab olaraq qiymətləndirib.
Həmçinin o, Rusiya yanacaqdoldurma məntəqələrində Polşa yük maşınları üçün dizelin qiymətini 1,5-2 dəfə artırılmasını təklif edib.
Deputatın sözlərinə görə, bu təşəbbüs artıq hökumətlə müzakirə olunub.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi