"Rusiya qoşunlarını sərhəddən geri çəkməyib" - Zelenski TƏKZİB ETDİ
"Hələ ki, elan olunduğu kimi Rusiya qoşunlarının sərhəddən geri çəkilməsini görmürük".
KONKRET.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Doğrusu, biz mövcud olan reallığa reaksiya veririk və hələlik heç bir çəkilmə görmürük. Biz bu barədə yalnız eşitmişik", – deyə Ukrayna Prezidenti bildirib.
Ukraynanın qərbindəki hərbi poliqona baş çəkən Zelenski Rusiya ilə sərhəddəki duruma təmkinlə yanaşdıqlarını qeyd edib: "Təhlükəyə gəlincə, mən dəfələrlə demişəm ki, istənilən təhlükəyə sakit yanaşırıq. Çünki bütün bunların dünən başlamadığını unutmuruq, bu, artıq uzun illərdir baş verir. Qoşunlar çəkiləndə, bunu təkcə hərbçilər və kəşfiyyat yox, hamı görəcək. Lakin hələlik, bunlar yalnız bəyanatlardır"./azpolitika/

Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?
Ət bahalaşa bilər: AQTA-nın yeni tələbinə etiraz
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Gənc aktyorun ürəyi dayandı
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
Qəbələdə iki maşın yandı
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Bakı-Sumqayıt yolunda maşın avtobusa çırpıldı
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Türk bölgəsini ayağa qaldıran qadağa: Rusiya və türk ölkələri hərəkətə keçə bilər
Cici Hadidlə Bredli Kuper Parisdə - Fotolar
Azərbaycan nefti ucuzlaşdı