Rusiya-Ukrayna MÜNAQİŞƏSİ: Biz bu fürsətdən istifadə etməliyik - İlginc TƏHLİL

Rusiya-Ukrayna MÜNAQİŞƏSİ: Biz bu fürsətdən istifadə etməliyik - İlginc TƏHLİLAtalar deyib ki, "hər şərdə bir xeyir var". İndi hər birimiz Ukraynada baş verənlər üçün üzülürük, kədərlənirik. Amma bu, həyatdır. Hər üzü var. Bu gərgin günlərdə belə hər birimiz dövləti və milli maraqlarımızı güdməli, baş verənlərdə çıxarlarımızı axtarmalıyıq.
Məlumat üçün deyim ki, Rusiya və Ukrayna Azərbaycanın xarici ticarət dövriyyəsində ilk beşlikdə yer tutan ölkələrdir. Belə ki, 2021-ci ildə Azərbaycanla Ukrayna arasında ümumi ticarət dövriyyəsi 3 milyard dollardan bir qədər artıq olub. Ötən il biz Rusiyaya 920 milyon 819 min dollarlıq mal satmışıq. Əvəzində isə Rusiyadan 2 milyard 74 milyon 311 min dollarlıq mal- material almışıq. Təqdir ediləsi haldır ki, son 4 ildə Rusiyaya məhsul ixracımız təxminən 40 faiz artıb. Onu da deyim ki, qeyri-neft sektoru üzrə ən çox məhsul satdığımız ölkə Rusiyadır.Yəni Rusiya bizim üçün ən əlverişli və perspektivli bazardır.
Ukrayna isə bizim xarici ticarətimizdə Rusiyadan sonra ikinci ən böyük paya sahib MDB ölkəsidir. Belə ki, təkcə ötən il Ukraynaya 452 milyon 449 min dollarlıq məhsul satmışıq. Əvəzində Ukraynadan 470 milyon 24 min manatlıq mal almışıq. Son 4 ilin müqayisəsini götürəndə Ukrayna ilə ticarət dövriyyəmizdə dinamika var. Lakin Rusiya-Ukrayna münaqişəsi bizim bu ölkə ilə ticarət dövriyyəmizə əsaslı şəkildə ziyan vurdu. Yəqin ki, bir müddət Ukrayna ilə istədiyimiz ticarəti apara bilməyəcəyik.
Lakin Rusiya barədə bunu demək olmaz. Əksinə Rusiyaya qarşı tətbiq edilən maliyyə sanksiyaları və iqtisadi qadağalar Azərbaycan üçün geniş imkanlar açır. Ötən hər gün Rusiyaya Avropadan və digər ölkələrdən məhsul idxalı azalır. Amma yerli tələbat öz qüvvəsində qalır. Belə əlverişli məqamdan təbii ki, Azərbaycanın dövlət strukturları və sahibkarları maksimum dərəcədə yararlanmağa çalışmalıdır. Və Rusiya ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi iki istiqamətdə aparılmalıdır.
Birincisi, ticarət sahəsində.
Azərbaycanın müvafiq qurumları hər ötən saatı dəyərləndirərək Rusiya bazarını öyrənməli və ehtiyac olan məhsullarla bağlı təkliflərlə çıxış etməlidir. Xüsusilə də, kənd təsərrüfatı məhsullarının çox böyük həcmdə Rusiya bazarına ixrac üçün indi ideal şərait yaranıb. Rusiya bazarından çəkilən əcnəbi şirkətləri Azərbaycan şirkətləri asanlıqla əvəz edə bilər. Nəticədə, həm ixrac potensialımız kəskin artar, həm də ki, yeni partnyorlar tapmış olarıq.
İkinci istiqamət isə investisiya siyasətidir.
Bəllidir ki, hazırda Rusiyalı investorlar bütün dünyada sıxışdırılır. Ona görə də rusiyalı iş adamları yeni investisiya mühiti axtarışına çıxırlar. Bax bu məsələ də aktiv olsaq, çox asanlıqla qısa zamanda Azərbaycana külli miqdarda Rusiya kapitalı cəlb edə bilərik.
Bütün bunlar isə ölkəmizin inkişafına yeni rəng qatmış olar. Təəssüf hissi ilə deməliyəm ki, bəzi qonşu dövlətlər bu məsələdə bizi qabaqlayır. Onlar artıq çoxdan hərəkətə keçiblər. Məsələn, Qazaxıstanın "Karavan" nəşri yazır ki, "Rusiya biznesmenləri üçün Qazaxıstan ikinci ev olur. Aİİ daxilində onların birbaşa investisiyalarının yarısı ölkəmizin payına düşür. Son 15 ildə Rusiyadan daxil olan pul vəsaitləri 16 milyard dollardan çox olub. Burada 7,5 mindən çox tamamilə Rusiya və 3,5 minə yaxın birgə müəssisə işləyir. 100-dən çox investisiya layihəsi həyata keçirilir".
Nəşr daha sonra yazır ki, "son günlər Qazaxıstanın iqtisadi həyatında bir canlanma var. Rusiyalı oliqarxlar tez-tez Qazaxıstanda görünür. Bunlar isə təsadüfi deyil. Oliqarxlar Avropadan çəkdikləri kapitalı yatırmaq üçün yeni bazar axtarırlar".
Bəli, artıq hərəkətlilik başlayıb. Rusiya investorları yeni bazar axtarışına çıxıb.
Elə isə niyə axtarılan bazar Azərbaycan olmasın?
Yada salaq ki, 22 fevral 2022-ci il tarixdə İlham Əliyev Vladimir Putinlə iki ölkə arasında strateji müttəfiqlik haqqında Bəyannamə imzaladı. Deməli, ölkə başçısı dediyimiz istiqamətdə ən böyük addımı atıb. İndi iş qalır müvafiq dövlət qurumlarının və sahibkarların konkret hərəkətə keçməsinə. Elə isə İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, AQTA, SOCAR və digər qurumlar nəyi gözləyir?!
Surxay Atakişiyev,
KONKRET.az

Sosial       Tarix: 03 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberlər son xeberler azerbaycan son xabarlar valyuta mezenesi