"Rusiya Ukraynada qalib olsa, Qarabağ yaxın gələcəkdə yenidən əlimizdən çıxa bilər..." - SENSASİON AÇIQLAMA

Rusiya-Ukrayna gərginliyi bu günlərin xaotik informasiya burulğanında o dərəcədə qəliz xarakter alıb ki, nə baş verəcəyini söyləmək çətindir. Və  sözsüz ki, iki böyük ölkənin toqquşması və bunun da, ehtimal ki, NATO-Rusiya  müharibəsinə gətirib çıxarması Azərbaycana da təsirsiz ötüşməyəcək bir prosesdir…
Əgər Rusiya müvəqqəti olaraq  Ukrayna böhranından qalib çıxarsa, deyək ki, Allah eləməmiş  həmin ölkəyə növbəti təcavüzü reallaşarsa və məsələn, Xarkov vilayətinin də işğalına nail olarsa, bu, Azərbaycanın  Qarabağ  və Şərqi Zəngəzur torpaqlarının tam azadlığı, yəni Laçın, Xankəndi, Xocalı və s. problemlərinin də həlli məsələsinə necə təsir edə bilər?..
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Cümşüd Nuriyev bədbin proqnoz verib:
"Əvvəla, inanmıram ki, Rusiya Xarkovu işğal etsin. Çünki bu ərazi ona o qədər də lazım deyil. Kremlin əsas məqsədi Mariopol ərazisini işğal etməkdir.  Ona görə ki, Rusiya həmin şəhəri götürsə, birbaşa Qara dənizə quru yolu açılır. Hazırda dəniz yoluyla Kerçdən keçən körpü müvəqqəti işdir. Yəni Krım hələ tam şəkildə Rusiyanın deyil, çünki quru sərhədləri yoxdur.  Odur ki, Putin çalışacaq ki, fürsətdən yararlanıb Mariopol istiqamətindən Azov dənizi sahillərini zəbt etsin. Əgər rusların bu planları varsa, belə çıxır ki, diqqəti Xarkovu yönəldib fikri yayındırırlar…
Və Allah  göstərməsin, Rusiya Ukraynada qalib olsa, bu, Qarabağın yaxın gələcəkdə yenidən əlimizdən çıxması deməkdir. Bu,birmənalıdır.  Çünki diqqət edirsizsə, elə ki, Putin Ukrayna ilə bağlı fikirlərində ciddiləşir, ermənilər hamısı şirəyə daraşan it arısı kimi vızıldaşırlar. Araik Arutyunyan kimdir ki, gedib Moskvada Şuşanın, Hadrutun "taleyini həll edir"?.."
Politoloq Ermənistan və Qarabağdakı hay toplumunun revanşist kəsiminin Rusiyaya güvənci amilinin hələ gündəmdə olduğunu diqqətə çatdırıb.
"Azərbaycanın Laçın dəhlizinə alternativ yolun çəkilişini sürətləndirməsi hayları daha da hiddətləndirib. Həmin yol çəkilib başa çatanadək ermənilər hər cür təxribat törədəcək. Və nə qədər ki, Rusiya Qarabağda oturub, biz deyə bilmərik ki, o torpaqlar tam mənada bizimdir. Düzdür, İlham Əliyev çox böyük iş gördü, son iki yüz ildə ilk dəfədir ki,  Azərbaycanın işğal edilmiş torpaqları geri qaytarılır. Şuşa azad olundu… Elə Rusiyanı, revanşist, daşnak erməniləri havalandıran da budur… Ona görə də dövlət və xalq olaraq çox ayıq olmalıyıq"-deyə Cümşüd Nuriyev vurğulayıb. /Moderator.az

Siyasi       Tarix: 14 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri en yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeber.az