Rusiya XİN-dən Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə REAKSİYA
Rusiya XİN-dən Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə REAKSİYA
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə APA-nın Moskva müxbirinin "Ötən həftə sosial şəbəkələrdə Livandan olan erməni ailəsinin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb. Bu isə beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair IV Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Rusiya XİN bu faktı necə şərh edir?" sualına cavab olaraq bildirib ki, Rusiya Dağlıq Qarabağın de-fakto rəhbərliyinin Livanı tərk edən ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi niyyətindən xəbərdardır.
"Biz iki livanlı ailənin Dağlıq Qarabağa köçmək niyyətində olması ilə bağlı xəbərləri oxumuşuq. Livandan olan qaçqınların Dağlıq Qarabağa və ətraf rayonlara real axın etməsi ilə bağlı məlumatlara malik deyilik.
Hesab edirik ki, indi Dağlıq Qarabağ probleminin həllinə istiqamətlənən danışıqlar prosesinin bərpasına, o cümlədən regiondakı qaçqın və məcburi köçkünlərin probleminə diqqəti yönəltmək lazımdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 14-də Azərbaycan və Ermənistanın XİN başçıları ilə telefonla məsləhətləşmələr aparıb. Onlara vasitəçilərin təkliflərini, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı atılacaq addımlar çərçivəsində həmsədrlərin ayrı-ayrılıqda nazirlərlə görüş keçirilməsi təklifini veriblər. Biz tərəflərin müsbət reaksiyasına ümid edirik", - deyə M. Zaxarova vurğulayıb. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."