Rusiya XİN təsdiqlədi: Laçın yolu humanitar məqsədlər üçün açıqdır
"Moskva Laçın yolundakı durumla bağlı işlərini davam etdirir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bütün tərəflər üçün məqbul həll yolu tapmaq lazımdır.
M.Zaxarovanın sözlərinə görə, Rusiya da Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın işini dəstəkləyir və kartoqrafik materialları təqdim etməyə hazırdır.
Rusiya XİN-in rəsmisi Laçın yolundakı vəziyyətdən də danışıb. O, Laçın yolundan humanitar yardım karvanlarının keçdiyini təsdiqləyib: "Sülhməramlılara qarşı ictimai hücumlar qəbuledilməzdir. Onlar regionda sülhün təminatçısıdır".
Qeyd edək ki, son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan və ölkənin digər rəsmiləri Rusiya sülhməramlılarının fəaliyyətindən narazı olduqlarına dair bəyanatlar səsləndirirlər.
///Report / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO