Rusiyada deputat SAXLANILDI - Benzin pulunu ödəməyib
Moskva Şəhər Dumasının deputatı Leonid Züqanov 2,8 min rubl benzin pulunu ödəmədiyinə görə saxlanılıb.
KONKRET.azxəbər verir ki, bu barədə deputatın babası Kommunist Partiyasının lideri Gennadi Züqanov "RİA Novosti"yə bildirib.
O, nəvəsinin saxlanmasını təxribat adlandırıb.
Bundan əvvəl teleqram kanalları Leonid Züqanovun oktyabrın 8-də saxlandığını, benzinin pulunu ödəmədən yanacaqdoldurma məntəqəsini tərk etdiyini yazıb.
Kommunist Partiyasının liderinin sözlərinə görə, nəvəsi Kutuzovski prospekti ilə hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Züqanov həbs olunmazdan əvvəl "Rosneft" yanacaqdoldurma məntəqəsində avtomobilə yanacaq doldurub, sonra bank kartını ödəniş terminalına daxil edib. O pulun hesabdan çıxarılmasını gözləmədən oranı tərk edib.
Yanacaqdoldurma məntəqəsinin əməkdaşları avtomobilin sürücüsü ilə bağlı polisə şikayət ediblər.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır