Rusiyada iki yeniyetmə sinif yoldaşına 70-ə yaxın bıçaq zərbəsi vurdu
Novosibirsk yaxınlığındakı Plotnikovo kəndində iki yeniyetmə sinif yoldaşını vəhşicəsinə öldürməyə cəhd edib.
KONKRET.azxəbər verir ki, bir neçə gün öncə baş vermiş insident barədə anonim mənbəyə istinadla məlumat yayılıb.
Məlumata görə, iki məktəbli həmyaşıdını şiddətli şəkildə döyüb, qollarını sındırıb, kəlləsini əzərək üzünü kəsiblər və ümumilikdə, ona 70-ə yaxın bıçaq xəsarəti yetiriblər.
Eyni zamanda işgəncədən sonra yeniyetmə dəmiryol vağzalına gedən yolda körpünün yanında ölümə atılıb və qatara gedən insanlar tərəfindən tapılıb.
Komada olan məktəbli Çkalov xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İyunun 1-i şənbə günü o, özünə gəlib. Yerli sakinin sözlərinə görə, qısqanclıq münaqişə üçün zəmin rolunu oynayıb. Belə ki, hücum edənlərdən birinin keçmiş sevgilisi zərərçəkənin yanına gedib.
Regional İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, hücum edənlər artıq saxlanılıblar.
Faktla bağlı "Qətl etməyə cəhd" maddəsi ilə cinayət işi başlanıb.

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir