Rusiyada VİRUS TƏHLÜKƏSİ: Xəstəxanalar doldu, dəhlizlərə çarpayılar düzülür - VİDEO

Rusiyada VİRUS TƏHLÜKƏSİ: Xəstəxanalar doldu, dəhlizlərə çarpayılar düzülür - VİDEORusiyada koronavirus infeksiyasına tutulan xəstələrin 70 faizində, təkcə Moskvada isə 90 faizində Hindistan ştamı (Delta ştamı) aşkar edilib.
Publika.az xəbər verir ki, Rusiya epidemioloqları ölkədə koronavirus pandemiyasının üçüncü dalğasının başlandığını bildirirlər. Həkimlərin sözlərinə görə, Hindistan ştamı (Delta ştamı) daha sıx olduğundan, orqanizmə daha asanlıqla düşə bilir. Əsasən, gənclərin və uşaqların yoluxduğu koronavirusun bu növünün daha ağır fəsadları müşahidə edilir. Xəstələr trombların yaranması, insult, qanqren, ağciyər arteriyalarının tromboemboliyası, psixikanın pozulması və digər fəsadlarla üzləşir. Yeni ştamın simptomları əvvəlkindən fərqləndiyindən, bir çox hallarda insanlar koronavirusa deyil, adi respirator xəstəliklərə yoluxduqlarını zənn edir və fəal həyat tərzi sürürlər. Belə ki, Delta ştamı özünü iybilmənin itirilməsi ilə deyil, güclü boğaz və başağrısı, mədə-bağırsaq ishalı, yüksək hərarət ilə büruzə verir.
Rusiyada istifadə olunan "Sputnik V" və digər peyvəndlərin virusun bu növü ilə mübarizədə az səmərəli olduğu da məlumdur. Eyni zamanda, Nyu-Cersidəki Rattgers Universitetinin professoru Konstantin Severinov bildirib ki, yeni ştam peyvənd olunmamış orqanizmə düşür, xəstələrin sayı artır və beləliklə də virus aqressivləşərək peyvənd olunmuş adamlara da yoluxur. Professor çıxış yolunu yalnız kütləvi şəkildə peyvənd olunmaqda görür. Əks halda, onun fikrincə, ölkələrin səhiyyə sistemlərini yeni sınaqlar gözləyir. Delta ştamı, həmçinin peyvənd vurulmuş insanlarda immun müqavimətini bir neçə dəfə azaldır.
Məlumata görə hazırda Sankt-Peterburqda koronavirus xəstələri üçün ayrılmış bütün xəstəxanalar dolub. Əlacsız qalan tibb işçiləri xəstəxana dəhlizlərinə əlavə çarpayılar yerləşdirirlər.
Elm adamları və həkimlər bildirirlər ki, buna səbəb Rusiya xalqının peyvənd olmaq istəməməsidir. Xalq vaksinasiyaya qarşı çıxır.
Hüseyn

Dünya       Tarix: 21 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal bugun bugünkü son xəbərlər son xəbərlər cəbhədən son xəbərlər