Rusiyadan DƏHŞƏTLİ SİLAH: kosmosdakı hədəfləri belə VURACAQ
Rusiyanın ən qabaqcıl müdafiə sistemlərindən ilki olan "S-550"nin dövlət sınaqları tamamlandıqdan sonra istifadəyə verilib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"S-550 hava hücumundan müdafiə sistemi dövlət sınaqlarını uğurla başa çatdırıb. İlk "S-550" briqadası döyüş növbətçiliyinə başlayıb", - Rusiya Müdafiə Nazirliyinə yaxın olan adı açıqlanmayan mənbə bildirib.
"S-550" kosmosdakı hədəfləri də vura bilər
Mənbə yeni sistemi kosmik gəmiləri, ballistik raketləri, on minlərlə kilometr yüksəklikdəki hipersəs hədəfləri vurmağa qadir olan tamamilə yeni və bənzərsiz mobil strateji raketdən müdafiə sistemi kimi təsvir edib.
Agentliyin məlumatına görə, rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyib.
Bildirilib ki, Müdafiə naziri Sergey Şoyqu noyabrın 9-da nazirliyin iclaslarında, Prezidenti Vladimir Putin isə noyabrda Soçidə keçirilən müdafiə sənayesi toplantılarında S-350, S-500 və S-550 hava və raket sistemlərini vurğulamışdı.
"Rostech" dövlət texnologiya şirkətinin prezidenti Sergey Çemezov "Dubai Airshow 2021" sərgisində bildirib ki, "S-550 "daha uzun mənzilli hədəf aşkarlama və raket əleyhinə qabiliyyətə malik olacaq.
Daha əvvəl agentliyə danışan Rusiya Müdafiə Nazirliyinə yaxın bir mənbə, "S-550"nin Sovet dövründən qalma bir layihəni canlandırmaq cəhdi olmadığını və sistemin inkişaf etdirilməsi zamanı əvvəllər tətbiq edilməyən bəzi konsepsiyaların istifadə edildiyini iddia edib.
Hüseyn
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi