Rusiyadan dəstək aldıqdan sonra açıqladı: "Ölkəni parçalayacağam

Rusiyadan dəstək aldıqdan sonra açıqladı: Bosniya və Herseqovinanın iku muxtar respublikasından biri olan Serb Respublikasının lideri Milorad Dodikin separatçı ritorikası son vaxtlar Balkan ölkəsində narahatlıq yaradıb.
Teleqraf.com xəbər verir ki, eyni zamanda, bu ölkənin Prezident Şurasının sədri olan Dodik Bosniya və Herseqovinanı "uğursuz ölkə" kimi xarakterizə edir və siyasi anlaşılmazlığın yeganə yolunun Bosniya və Herseqovinanın ləğvi ilə mümkün olacağını deyir.
Bosniya və Herseqovina hökumətindəki bütün yüksək vəzifələrindən imtina edəcəyini söyləyən Dodik yaxın aylarda öz Bosniya-Serb ordusunu da yaratmağa söz verib.

Partiyasından da ona dəstək gəlib.
Bosniyalı jurnalist İbrahim Deliç Tvitter hesabından verdiyi açıqlamada bunun təsdiqləndiyini bildirib: "Təsdiq edildi, yaxın günlərdə Serb Respublikası Ordusu yaradılacaq. Bosniyalılara qarşı soyqırım törədən ordu...".
Prezident Şurasının müsəlman üzvü Şəfiq Cəfəroviç bildirib ki, ölkə Deyton sülh sazişinin imzalanmasından sonra ən təhlükəli gərginliklə üzləşib.
1990-cı illərdə 100 min insanın ölümünə səbəb olan müharibədən sonra Bosniya faktiki olaraq iki yerə bölünüb, ölkənin yarısı etnik bosniya serblərinə verilib, digər yarısı isə müsəlman-xorvat federasiyasının hakimiyyəti altında qalıb.
1992-1995-ci illər arasında Balkanda 100 mindən çox insanın həyatına son qoyan və 2 milyon insanı evlərini tərk etməyə məcbur edən vətəndaş müharibəsindən sonra əldə edilən razılaşma nəticəsində Bosniya və Herseqovina biri Serb Respublikası olmaqla iki muxtar bölgəyə bölünüb.
Anlaşmaya uyğun olaraq, Bosniya və Herseqovina Prezident Şurasının sədri üç müxtəlif etnik qrupdan rotasiya qaydası ilə seçilir.
Ölkəni parçalamaq planını oktyabrın əvvəlində Belqradda görüşdüyü Rusiya Xarici işlər naziri Sergey Lavrova təqdim edən Dodikin sözlərinə görə, bu plan Moskvanın səssiz dəstək alır.
Bununla belə, Dodikin getdikcə sərtləşən düşmən ritorikası və separatçı addımları Bosniya serblərini narahat etməyə başlayıb. Müxalifət lideri Mirko Saroviç müharibəyə yol açacaq birtərəfli qərarların qəbuledilməz olduğunu deyib.
Prezident Şurasının xorvat üzvü Zeljko Komsiç qeyd edib ki, Dodik öz ordusunu yaratmağa söz verməyə davam edərsə, Bosniya müdafiə planınə işə salacaq. /publika.az

Dünya       Tarix: 29 oktyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler zelzele ən son xəbərlər bugün son.xeber