Rusiyadan Ermənistandakı Aİ missiyasına SƏRT REAKSİYA: "Bu, Azərbaycanla razılaşdırılmalı idi"
Moskva Ermənistanın sərhədyanı rayonlarında Avropa İttifaqının mülki monitorinq missiyasının yaradılmasına sərt reaksiya verib.
KONKRET.azxəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Artıq aydındır ki, Aİ-nin iştirakı keçən ilin oktyabrından dekabrına kimi Ermənistanda fəaliyyət göstərən Avropa Birliyinin monitorinq mexanizmindən daha geniş olacaq.
Əgər Brüssel səmimi qəlbdən Zaqafqaziyada sülhün bərqərar olmasında maraqlı olsaydı, onlar Azərbaycanla öz missiyalarının şərtlərini razılaşdırardılar.
Aİ-nin nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək cəhdləri, Rusiyanın vasitəçilik səylərinə təzyiq göstərməsi ermənilərin və azərbaycanlıların regionun sülh yolu ilə inkişafına qayıtmaq istəklərində köklü maraqlarına zərbə vura bilər.
Qeyd edirik ki, İrəvanda KTMT missiyası istiqamətində işi məntiqi nəticəyə gətirmədən, Aİ-nin xeyrinə seçim etməyə üstünlük veriblər.
Əgər erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər", – məlumatda deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür