Rusiyadan peyvənd istehsalçılarına JEST
Rusiya hökuməti tərəfindən Dövlət Dumasına təqdim olunan qanun layihəsi koronavirus peyvəndi istehsalçılarına ƏDV-ni bildiriş qaydasında əvəzləşdirməyə imkan yaradacaq.
Publika.az xarici KIV-ə istinadla xəbər verir ki, belə bir təşəbbüsün başlıca məqsədi dövriyyədə olan vəsaitlərin yerinin doldurulması, peyvənd istehsalının və tədarükünün əhəmiyyətli həcmlərdə artması zərurəti yarandıqda istehsalçıların xərclərinin azaldılmasıdır.
Qanun layihəsinə əsasən, rübün yekununda vergi çıxılmalarının məbləği şirkətin hesablanmış ƏDV-sindən artıq olduqda fərqi büdcədən əvəzləşdirmək mümkün olacaq. Bu cür vəziyyətlər ixrac əməliyyatları zamanı və 20 faizlik dərəcə ilə alınmış məhsulların 10 faizlik dərəcə ilə satılması zamanı yaranır.
Hökumət peyvənd istehsalçıları üçün ƏDV-nin əvəzləşdirilməsini 2021-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək sadələşdirməyi təklif edib. Bunun nəticəsində peyvənd istehsalçıları vergi bəyannaməsi yoxlanışının başa çatmasını gözləmədən ƏDV-ni əvəzləşdirə biləcəklər.
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək