Rusiyalı deputat Paşinyanı HƏDƏLƏDİ: "İrəvanı itirmək qorxusu var"
"Ermənistanın baş naziri Nikol Paşinyan da Ukrayna lideri Vladimir Zelenski kimi Rusiya ilə münasibətləri pozmaq yolu ilə gedir".
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Aleksey Juravlev deyib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin başçısı İrəvanı itirmək riskini daşıyır.
"Paşinyan Zelenski ilə eyni şeyi edir. Rusiya ilə münasibətləri ardıcıl və davamlı şəkildə pisləşdirir, baxmayaraq ki, bu, onun xalqı üçün son dərəcə təhlükəli ola bilər", – parlamentari deyib.
O qeyd edib ki, Ermənistan KTMT strukturlarından üz döndərib, NATO təlimlərində iştirak etməyə başlayıb.
"İndi Paşinyan Rusiya ilə hərbi sahədə əməkdaşlıqdan imtina etmək niyyətindədir. O, yol verdiyi səhvlərə görə Rusiyanı günahlandırır. Qoy Qərbdən gələcək köməyə ümid etsin. Sadəcə unutmayın ki, İrəvan tezliklə itirilə bilər", – deyə Juravlev fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Paşinyan bir gün əvvəl demişdi ki, Rusiya artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməz. Onun sözlərinə görə, bunun obyektiv və subyektiv səbəbləri var.
Günel Mikayılova,
KONKRET.az

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR