Rusiyalı ekspert: "İrəvanda Azərbaycanla dialoq qurmağın vacibliyini anlamalıdırlar

Rusiyalı ekspert: "İrəvanda Azərbaycanla dialoq qurmağın vacibliyini anlamalıdırlarRusiyalı ekspert: "İrəvanda Azərbaycanla dialoq qurmağın vacibliyini anlamalıdırlar"
Ermənistan müxtəlif istiqamətdə "qaynamağa" davam edir.
Ölkədə "Rusiyaya qayıtmaq istəyirəm" şüarı altında keçirilən aksiyalarda Ermənistanda dolanışıqlarını itirmiş əmək miqrantları da iştirak edir.
Onları Rusiya əleyhinə olan qüvvələr sərt tənqid edir.
Misal üçün, "Hamatext" onlayn almanaxının baş redaktoru Karen Agekyan yazır: "Bu maykalar, bu şüarlar haradan ortaya çıxdı? Perspektivdə Rusiya ermənilərindən Ermənistan üçün nə qədər bədbəxtlik gözlənilir".
Eyni zamanda, Soros Fondunun Ermənistandakı fəaliyyətindən və Baş nazir Nikol Paşinyanın ətrafında Qərbdən qrant alan nümayəndələrin çoxalmasından qəzəblənən insanların azsaylı etirazları keçirilir.
Ermənistan Milli Demokratik Qütbü təşkilatının nümayəndəsi Arkadi Vardanyan erməni "inqilabi hökumətini" öz qabiliyyətsizliyi, primitiv yalanları və aşağı səviyyəli populizminin toruna dolaşmaqda ittiham edərək, Ermənistanda "dəlisov və düşüncəsiz təkhakimiyyətlilik" qurmaq cəhdlərinə son qoymağa çağırıb.
Rusiyalı ekspert: "İrəvanda Azərbaycanla dialoq qurmağın vacibliyini anlamalıdırlarTannmış rusiyalı siyasi xadim Sergey Strokan Media.Az üçün verdiyi qısa şərhində qeyd edib ki, hazırda biz ermənilərin hələ də inkişafda keyfiyyətli sıçrayış yaratmayan, köhnə və yeni elita arasında konflikti gərginləşdirən "maydan layihəsi"nin boğulduğu vəziyyəti müşahidə edirik.
Öz növbəsində Rusiya Siyasi İnformasiyalar Mərkəzinin aparıcı mütəxəssisi Vladimir Salyayev Media.Az-a verdiyi müsahibədə Ermənistandakı bugünkü qeyri-sabitliyin xarakterik xüsusiyyətlərinə diqqət çəkdi.
Ermənistanda nə gözlənilir? Yeni inqilab yoxsa əks çevriliş?
Mən bu etirazların səbəbləri ilə bağlı öz fikirlərimi bölüşüm. Rusiyanın maliyyə imkanları müxtəlif səbəblərdən azalır. Bu COVID-19, özünütəcridetmə, karbohidrogen qiymətlərinin aşağı enməsi ilə əlaqədardır. Müvafiq olaraq başqa ölkələrə kömək də azalır. Ayrı bir mövzu isə əmək miqrantlarıdır. Ermənistanda çoxlu iqtisadi problemlər var, Rusiyada isə iş azalmaqdadır. Üstəlik qazanc dalınca getməklə əlaqədar olan çətinliklər.
Rusiyalı ekspert: "İrəvanda Azərbaycanla dialoq qurmağın vacibliyini anlamalıdırlarNikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda iqtisadi problemlər həll olunmadı. Sadəcə simalar dəyişdi. Nəticədə, hazırkı Ermənistan hakimiyyəti yeni xarici cağrışlar axtamağa çalışır. Buna görə də kənardan Ermənistanda anti-Rusiya ritorikasının səslənməsi nəzərə çarpır. Rusiya telekanallarının açıq yayımının qadağan edilməsi bu siyasətin elementlərindən biridir. Hərçənd mən bunun mənasını görmürəm. Kimsə bəyənirsə izləyəcək, bəyənmirsə izləməyəcək. Hər bir insan Rusiya yayım şəbəkəsində anti-erməni təbliğatının olub-olmaması barədə özü qərar verə bilər. Ancaq İrəvanda xarici düşmən amili (Rusiya timsalında) istismar olunur. Qeyd etdiyim məsələ trenddədir və heç kim, həmən o Avropa İttifaqı da buna görə Ermənistanı qınamayacaq, bəlkə əksinə, kömək də edəcəklər.  
Siz Ermənistanda xaotik Broun hərəkatının baş verdiyini və buraya döyüş ritorikasının da əlavə olunduğunu hiss edirsinizmi? Belə vəziyyətdə hərbi qarşıdurma mümkündür?
İrəvan Bakı ilə birbaşa silahlı qarşıdurmaya getməyəcək, axı belə olan halda son resurslarını sərf etməli olacaq. Ancaq dediyim kimi, Ermənistanda iqtisadi vəziyyət çətindir, sərhədlər bağlıdır, iş yoxdur. İnsanları hansısa fikirlə məşğul etmək lazımdır. Düşünürəm ki, Ermənistan Rusiyanın, Avropa Birliyinin və qismən ABŞ-ın maraqlarına faydalı olmağa çalışacaq. Əlbəttə ki, yuxarıda qeyd etdiyim kimi İrəvan Rusiyaya qarşı dost olmayan addımlar atır. Bu şərtlər daxilində, xüsusən, Bakını dəstəkləyən Ankara faktorunu nəzərə alaraq Azərbaycanla birbaşa qarşıdurma girmək, düşünürəm ki, Ermənistanın səhvi olacaq. Ümid edirəm ki, İrəvan Azərbaycanla dialoq qurmağın və Rusiya ilə münasibətləri inkişaf etdirməyin vacibliyini anlayacaq...

Siyasi       Tarix: 15 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər son.xabar xəbər hava proqnozu