Rusiyalı idmançıdan ÇAĞIRIŞ: "Vətəndaşlığınızı dəyişdirin"
Rusiyalı tennisçi Darya Kasatkina ölkənin yeniyetmə və gənc idmançılarına vətəndaşlıqlarını dəyişməklə bağlı çağırış edib.
KONKRET.az xəbər verir ki, bu barədə Kasatkina bloqer Viktor Kravçenkonun "YouTube" kanalına verdiyi müsahibədə bildirib.
Hazırda dünya reytinqində 12-ci yerdə olan və Rusiyanın bir nömrəli raketka ustası sayılan Kasatkina beynəlxalq rəsmi yarışlarda iştirak edə bilmədiklərindən, bu addımın atılmasını zəruri saydığını bildirib:
"Növbəti on il üçün rusiyalı idmançıların perspektivləri necədir? Bu, bizi sıxacaqmı? Bəli, artıq baş verib. Düşünürəm ki, indi 16-17 yaşında olan nəslin hələ də şansı var, çünki onlar hazırda oynayırlar və başqa ölkəni seçmə şansları var".
Tennisçinin fikrincə, rusiyalı idmançının növbəti beş ildə yüksək səviyyəyə çatacağı qeyri-real görünür: "Düşünürəm ki, valideynlərinin imkanı olan bir çox istedadlı uşaqlar, böyük ehtimalla, vətəndaşlıqlarını dəyişəcək. Düzü, biz artıq belə məsələləri müzakirə edirik, çünki "Uimbldon"dan kənarlaşdırılmışıq və bundan sonra nə olacağını bilmirik. Uşaqlara deyə bilərəm: belə bir fürsət varsa, vətəndaşlığınızı dəyişdirin".
Qeyd edək ki, Rusiya – Ukrayna münaqişəsi ilə bağlı rusiyalı idmançılar beynəlxalq turnirlərə buraxılmırlar. Sfera.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu