Rusiyalı jurnalist 5 il həbs cəzası aldı
Jurnalist Aleksandra Bayazitova Rusiyanın "Promsvyazbank"ın top meneceri Aleksandr Uşakova hədə-qorxu gələrək pul tələb etməkdə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu cinayət işində Olqa Arxarova da ittiham olunaraq 4,5 il həbs cəzası alıb. Qadınlar cəzalarını ümumi rejimli koloniyada çəkəcəklər.
Prokuror Bayazitovanın 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 2022-ci il avqustun 10-da Bayazitovanın saxlanması ilə bağlı yerli mediada məlumat yayılmışdı. A.Bayazitova və "Adskie Babki" Telegram kanalının iki inzibatçısı Olqa Arxarova və İnna Çurilovaya Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi ("Əmlakı külli miqdarda əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə") ilə ittiham irəli sürülüb.
İş üzrə müttəhimlər zərərçəkmiş şəxs "Promsvyazbankın" əməkdaşı Aleksandr Uşakovdan 1,2 milyon rubl (22 900 manat) tələb ediblər.
A.Bayazitova ittihamların mahiyyətinin ona aydın olmadığını deyib. Məhkəmə əvvəllər bu iş üzrə təqsirləndirilən şəxslərdən birinə hökm çıxarıb: İnna Çurilova şərti cəzaya məhkum edilib. O, istintaqla razılığa gəlib.
İlahə Əhmədova,
KONKRET.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi