Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır
Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır"
Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşların sayı bu ay müharibədən əvvəlki səviyyəyə qayıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun (ATB) baş direktoru Florian Zenqstşmid Təl-Əvivdə keçirilən illik turizm sərgisində iştirakı çərçivəsində JNS ("Jewish News Syndicate") onlayn jurnalına açıqlamasında bildirib.
"Azərbaycan israilli turistlər üçün əvvəlki kimi açıq və təhlükəsiz olaraq qalır. Burada olmağımız vacib bir siqnaldır", - deyə o vurğulayıb.
Nəşr qeyd edib ki, Azərbaycan da daxil olmaqla, yalnız 12 ölkə öz nümayəndələrini bu sərgiyə göndərib. Bildirilib ki, bu, Təl-Əvivdə müharibədən sonra İsrailə turizmin təşviqinə həsr olunmuş sərgidir. Ötən il tədbirdə iştirak edən təxminən 20 digər ölkə isə sərgiyə qatılmayıb. Tədbirdə Fransa, Çexiya, Kipr, Salvador, Tayvan, Hindistan, Yunanıstan, Vyetnam, Şri-Lanka, Rumıniya və Efiopiya da iştirak edib.
Xatırladaq ki "Azərbaycan Hava Yolları" QSC (AZAL) ötən ay Bakıdan Təl-Əvivə birbaşa uçuşları bərpa edib və hazırda iki şəhər arasında həftədə 9 reys həyata keçirilir.
ATB-nin baş direktorunun sözlərinə görə, "Israil Airlines" da bu ayın sonunda bərpa edəcəyi üç reyslə yanaşı, hazırda iki ölkə arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır: "Azərbaycan müsəlman ölkəsi kimi qəbul edilir, amma əslində bu, rəngarəng qobelendir və müxtəlif xalqların yaşadığı bir məkandır".
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Avropa paytaxtlarında və dünyada antisemitizm artarkən, ötən il 30 min israilli onlar üçün təhlükəsiz sığınacaq olaraq qalan Azərbaycana səfər edib.
Azərbaycan əhalisinin əksəriyyəti şiə müsəlmanı olan ölkə kimi ötən il İsraildə səfirlik açan ilk dövlət olaraq tarixə düşüb.
Nəşr vurğulayıb ki, İsrail üçün İranla 428 mil sərhədi olan və bu ölkəyə neft idxalının ümumi həcminin təxminən 30%-ni təmin edən Azərbaycanla əlaqələr strateji əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycanda 25-30 minə yaxın yəhudi yaşayır.

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü
Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb