"Rusiyanın imperalist təfəkkürü bölgəni xaosa, qarşıdurmalara sürükləmək istəyir" - Politolaqdan AÇIQLAMA

Regionda cərəyan edən hadisələr göstərir ki, sülhə mane olan üçüncü tərəf daha çox canfəşanlıq edir. Tez-tez təxribatların törədilməsi, sərhəddə və Qarabağ ərazisində atəşkəsin pozulması, Qarabağ ermənilərinin qızışdırılmasında maraqlı olan tərəflər var. Siyasi ekspertlər də bu fikirdədir. Onlar da hesab edir ki, üçüncü tərəf regionda konfliktlərin daim alovlanmasında maraqlıdır.
KONKRET.az-a açıqlama verən politoloq Qabil Hüseynli də erməniləri xüsusi təlimatlandıran Rusiyadır deyir:
"Brüssel görüşündən sonra erməniləri ayıldıblar. Rusiya sülhməramlılarının müdaxilələri onları Azərbaycan əleyhinə, həm də bölgədə sülh yaradılması proseslərinə əngəl yarada biləcək hərəkətlərə təhrik edir. Və bu hərəkətlərin qarşısının alınması istiqamətində artıq Azərbaycan dövləti düşünməyə başlayıb. Rusiyanın buradakı fitnəkarlığından Avropa Birliyi və Vaşinqton da xəbərdardır. Bölgə yenidən dinc həyata qovuşmaq, dayanıqlı sülhə meyl etmək istəyir, bu istiqamətdə irəliləyir. Amma Rusiyanın imperalist təfəkkürü bölgəni yenə də xaosa, qarşıdurmalara sürükləmək istəyir. Zənn etmirəm ki, istəklərinə çata bilsinlər. Onların istəkləri beynəlxalq düzənə qarşıdır. Bölgədə sülh prosesinə qarşıdırlar. Dünyanın strateji maraqlarının əleyhinə qarşı çevriliblər. Bu sarıdan onların hər hansı uğur qazanacağı güman edilmir. Üstəlik, Azərbaycan kimi güclü, qüdrətli ordusu, Türkiyə kimi müttəfiqi olan bir bölgədə bu cür at oynatmaq uzun davam edə bilməz".
Brrüsel görüşü zamanı Rusiya XİN bəyanatına toxunan politoloq rusların bu əməlinə sərt reaksiya verdi:
"Çox həyasız və təxribatçı bəyanat idi. Bu bəyanat açıq-aşkar yeni imperiyaçılıq məfkurəsindən doğan müddəalarla zəngin idi. Bəyanatda təhdid elementləri də var idi. Orada Cənubi Qafqaza haqq edilmiş kimi hüquqları olan bir dövlətin Xarici İşlər Nazirliyinin səfəh iddiaları öz yerini tapmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi öz təmkinli cavabı ilə bunların söylədiklərinin hamısını alr-üst elədi".
Qarabağ separatçılarının başçısı Araik Artunyanın sərsəm çıxışları isə bölgədə sülhü təhdid altına alır. Xankəndidə dinc əhalini zorla meydana çıxaran separatçı dəstə üstəlik Azərbaycana meydan oxuyur.
Araik Artunyanın bir həftə vaxt verməsini şərh edən Qabil Hüseynli bildirdi ki, "Bu, Azərbaycana mesajdır. Qismən də ola bilsin dünya ictimai rəyinə hesablanan mesajdır. Demək istəyirlər ki, biz Azərbaycana tabe olmayacağıq, Azərbaycan cəmiyyətinə inteqrasiya etməyəcəyik. Ermənistanla guya bizi ayıran Laçın sərhəd-keçid məntəqəsini qəbul etmirik və onun mövcudluğunu aradan qaldıracağıq. Alt sətirlərdə bu fikirlər var. Bunlar hamısı rusların təhriki ilə deyilmiş sözlərdir. Bunların qarşısını almağa isə Azərbaycan ordusunun gücü və qüdrəti çatar.
Düzdür, mülki əhali ilə müəyyən kontaktlarımız, əlaqələrimiz var. Bu prosesə də başçılıq edən Balasanyanı sıradan çıxartdılar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan ümid edir ki,əhalinin böyük hissəsi Araik Artunyanın bəyanatına uymayacaq və onun arxasınca getməyəcək. Amma rusların təhriki ilə nələrsə etməyə cəhd edərlərsə, Azərbaycan ordusu qətiyyətlə xüsusi təyinatlılardan tutmuş, dağ komando qoşunlarına qədər,digər döyüş növlərindən ibarət qoşunlarımız başlarına od yağdıracaq və onları yerində oturdacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 20 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri zelzele xeberler az sonxəbər