Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Xüsusi rejim tətbiq olunacaq

Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Xüsusi rejim tətbiq olunacaqRusiyada bu ölkənin ərazisində qalmaq hüququ olmayan, ancaq mövcud vəziyyətlə əlaqədar, məsələn, koronavirusa görə özünü təcrid edən miqrantlara qarşı xüsusi hüquqi rejim tətbiq olunacaq. Sözügedən rejim "Nəzarət altında yaşama" adını daşıyır.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Miqrasiya sahəsində təhlükəsizlik və asayişin təmin edilməsi mexanizminin səmərəliliyinin artırılmasına yönəlmiş qabaqlayıcı tədbirlərdən biri kimi qanunvericiliyə "Nəzarət altında yaşama" adlı xüsusi hüquq-mühafizə rejiminin tətbiqi planlaşdırılır. Bu rejim Rusiyada qalmaq üçün heç bir qanuni əsası olmayan, ancaq bu və ya digər səbəbdən ölkə ərazisində yaşamağa davam etmək məcburiyyətində olan miqrantlara şamil ediləcək", - deyə sənəddə bildirilir.
Daxili İşlər Nazirliyindən onu da bildiriblər ki, yeni hüquqi rejim, məsələn, barəsində çıxarılan qovulma qərarının icrası dayandırılmış və ya məhkəmə proseslərində iştirak etmə zərurəti ilə əlaqədar olaraq Rusiyadan çıxmaları məhdudlaşdırılan əcnəbilərə də tətbiq olunacaq.
""Rospotrebnadzor"un özünütəcrid rejimi də daxil olmaqla, müəyyən sanitariya qaydalarına riayət edilməsinə dair təlimat verilmiş ictimai təhlükəli yoluxucu xəstəliklərdən əziyyət çəkən əcnəbilərə qarşı da bu cür rejimin tətbiqi məsələsi müzakirə olunur", - deyə nazirlikdən məlumata əlavə olunub.
Qurumdan nəzarət altında olan əcnəbilərlə əlaqədar bir sıra məhdudiyyətlərin tətbiq oluna biləcəyini də istisna etməyiblər. Eyni zamanda, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə "Nəzarət altında yaşama" rejiminin pozulmasına görə xarici vətəndaşların məsuliyyətinin müəyyənləşdirilməsi baxımından müvafiq dəyişikliklərin edilməsi məsələsi də nəzərdən keçirilir.

Dünya       Tarix: 24 may 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar hava durumu son xəbərlər azərbaycanda valyuta məzənnələri