Rusların xarici əmlak bazarındakı fəallığı azalıb
Ruslar rublun devalvasiyası səbəbindən 2023-cü ildə xaricdə əmlak alışının sayını kəskin şəkildə azaldıb.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, Prian.ru analitikləri satışların illik 45%, "Tranio" ekspertləri isə bu il müraciətlərin sayının 32% azaldığını deyir.
İki əsas bazarda – BƏƏ və Türkiyədə tələbin nəzərəçarpacaq dərəcədə azalması bütün bazara mənfi təsir göstərib. İl ərzində bu sahələr üzrə müraciətlərin sayı müvafiq olaraq 17% və 71% azalıb. Prian.ru Türkiyədə faizin 60%, BƏƏ-də isə 25-30% azalacağını təxmin edir. "Tranio"nun həmtəsisçisi Mixail Bulanov deyir ki, Türkiyənin timsalında yeni qanunvericilik təşəbbüsləri öz təsirini göstərib. O cümlədən, ölkədə yaşayış icazəsi almaq üçün investisiya həddini 50 min dollardan 200 min dollara qədər artırıb və 2024-cü il yanvarın 1-dən qısamüddətli kirayə mənzillər yalnız xüsusi lisenziya alındıqdan sonra mümkün olacaq.Həmçinin Avropada daşınmaz əmlakın alınması ilə bağlı mənfi tendensiya davam edir. "Tranio" hesab edir ki, rusların Yunanıstanda mənzilə tələbatı il ərzində 17%, İspaniyada 40%, Monteneqroda 38%, İtaliyada 19% azalıb.
Vəli Həsənov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR