Rza evini satıb, Qarabağ qazilərindən bəhs edən film çəkib' - Deputat həbs edilən rejissor haqda

Rza evini satıb, Qarabağ qazilərindən bəhs edən film çəkib' - Deputat həbs edilən rejissor haqda"Aktyor Rza Rzayevin həbsindən xəbərim var. Rza Azərbaycanda ən vətənpərvər, dövlətçi bir adamdır. O, Ermənsitanın vətəndaşlığını qəbul edər? Ola bilər əsəbləşib, bu sözü deyib. Məhkəmədə olmamışam. Rza ola bilər o sözü desin, amma onun qədər dövlətçi adam yoxdur. Bir adam ki evini sata, o pula Qarabağ qazilərinin taleyindən bəhs edən "Geyilməmiş ayaqqabılar" kimi möhtəşəm bir film çəkə. Belə bir adam o sözü işlədə bilər? Rzanı tanımırlar, onun boy-buxununun böyük olmağına baxmayın, ürəyi uşaq ürəyi kimi saf, təmiz bir oğlandır".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
"Rza Türkiyədə New York Film Akademiyasında 80-ci illərin əfsanə rejissoru Şelton Gilbertdən rejissorluq sənətinin incəliklərini öyrənib. Rza yaxşı rejissor, sənət adamı, ssenaristdir. Belə şey olar? Yığışıblar düşüblər Rzanın üstünə. Tutaq ki, Rza kiməsə qarşı səhv edib. Bunun üstündə birdən-birə götürüb adama iki il iş verin. Nə isə... Düzgün iş deyil. Bununla bağlı ziyalılar da, biz də müraciət edəcəyik. Mən Rzanı 10 ildən çoxdur, tanıyıram. Hələ onda bir səhv hərəkət görməmişəm. Adamı çilədən çıxarırlar, əsəbləşdirib stress vəziyyətinə salırlar. Hətta Cinayət Məcəlləsinə uyğun olaraq, affekt vəziyyətə görə insanlar cavab vermirlər. İndi Rzanı da affekt vəziyyətinə salıb əsəbləşdirib, nəsə dedirdiblər, ortaya belə şeylər çıxarıblar", - deputat bildirib.
A.Abbas aktyorun Cinayət Məcəlləsinin 221.3-cü - xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə maddəsinə görə həbs edilməsinə isə belə cavab verib: "Hə, hə, Rza bir dənə də "qranatamyot" aparıbmış, bir dənə də avtomat götürübmüş, aparıb məhkəmənin arxasında gizlədibmiş. Yox bir... Onun yumruğu elə silahdır də..."
Xatırlatma: Tanınmış aktyor Rza Rzayev Aqil Abbasın müəllifi olduğu "Dolu" romanı əsasında çəkilən eyniadlı filmdə canlandırdığı "Drakon" obrazı ilə milyonların sevgisini qazanıb. / azxeber.com

Sosial       Tarix: 19 may 2023
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən video metbuat sonxeberler son xəbərlər bugün 2026