Saakaşvilidən Gürcüstana ŞOK TƏKLİF: küçəyə çıxacağam və...

Saakaşvilidən Gürcüstana ŞOK TƏKLİF: küçəyə çıxacağam və...Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstan rəhbərliyinə onun 24 saat ölkəyə girməsinə və əhalinin reaksiyasını görməyə icazə verməsini təklif edib.
Publika.az bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.
"Gəlin, araşdırma eksperimenti aparaq. Məni ölkəyə buraxsınlar və 24 saat ərzində küçədə gəzməyə şərait yaratsınlar. And içirəm, mən müdafiəsiz olacam. Xalqa fikirlərini sərbəst ifadə etmək imkanı verək. Niyə buna icazə verilmir? Bəlkə ona görə ki, Gürcüstan torpağına qədəm basan kimi onların (hazırkı səlahiyyətlilər - red.) dəstəyinin 5, mənimkinin isə 70-75 faiz olduğu aydınlaşacaq?",- Saakaşvili "Pirveli" televiziyasının efirində deyib.
Onun sözlərinə görə, Gürcüstan rəsmiləri Ukraynaya bir dəfədən çox gəlib və yerli hakimiyyət orqanlarından onu Gürcüstan tərəfinə təhvil verməmələrini xahiş edib.
Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, burada ona qarşı bir çox cinayət işi açılıb. Bəzilərində qiyabi həbs cəzasına məhkum edilib. 2015-ci ilin yazında Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsini tutaraq Ukrayna siyasətinə girib və Ukrayna vətəndaşlığı alıb. Lakin 2016-cı ilin noyabrında işdən qovulub. Prezident Petro Poroşenkonun o zaman bildirdiyi kimi, Saakaşvili bölgənin inkişafı ilə bağlı verdiyi vədləri yerinə yetirməməklə yanaşı, iqtisadi göstəricilərini də xeyli pisləşdirib. 2017-ci ilin iyul ayının sonunda Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.
Ukraynanın yeni prezidenti Vladimir Zelenski 28 may 2019-cu il tarixində Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb və bundan sonra, o, Ukraynaya qayıdıb. Siyasətçi Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin edilib.
Zümrüd

Dünya       Tarix: 28 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe hava proqnozu sou xeberler son xeberler az