Saakaşvilini hospitaldan naməlum yerə aparmaq istədilər, lakin
Axşam saatlarında eks prezident Mixeil Saakaşvilini Qori Hərbi Hospitalından köçürmək istəyiblər.
Publika.az xəbər verir ki, bu barədə M. Saakaşvilinin vəkili Nika Qvaramia açıqlama verib.
O, Saakaşvilinin yazdığı məktubu ictimaiyyətə təqdim edib:
"Bu gün məni aparmağa gəldilər, saat altının yarısı idi, qara geyinmişdilər, onlar məni aparacaqlarını bildirdilər, amma hara demədilər. Mən qan təzyiqi və nəbz yoxlamasını istədim, təzyiqim 180 idi, ikinci ölçmədə artıq 200/110 idi. Normal qan təzyiqim 120/80-dir. Bu, mənim fikrimcə, hipertansif böhran idi. Mən təzyiq və nəbz baxımından heç vaxt belə vəziyyətdə olmamışam. Köçürülməyə məcbur etməyə çalışdıqdan sonra müqavimət göstərdim, bundan sonra qapını bağladım və bundan sonra heç birşeyi xatırlaya bilmirəm. Özümə gələndə həkim yanımda dayanıb dedi ki, narahat olma heç yerə aparmırlar, xəstəxanada qalacaxsan.
Bu, həyatımda yaşadığım ən ağır böhran idi. Bütün bu müddət ərzində, o cümlədən tibbi müayyinələr zamanı video çəkirdilər. Vəziyyətimin ağır olduğu videoda qeyd olunub", - deyə M. Saakaşvili bildirib.
Xidmetler [newsid: 0-123300]

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi