Sabah 2 rayonda qaz olmayacaq
SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Ucar-Zərdab" yüksək təzyiqli magistral qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədilə yeni çəkilmiş diametri 325 mm-lik yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi nəzərdə tutulub. Bununla əlaqədar 29.02.2024-cü il saat 09:00-dan işlər başa çatanadək "Lək 1-ci xətt", "Zərdab", "Ucar Pambıq emalı zavodu" və "Zərdab asfalt beton zavodu" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz"dan azxeber.com-a verilən məlumata görə, həmçinin "Ucar" qaz ölçü qovşağından qidalanan Ucar şəhərini və rayonun 20 kəndini təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində müxtəlif diametrli qaz xətlərində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi və qaz tənzimləyici qurğuların baypas xətləri üzərində olan siyirtmələrinin təmiri ilə bağlı, 29.02.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək "Ucar" ölçü qovşağından qidalanan "Əhali" orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Zərdab və Ucar rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR