Sabiq prezident vəfat etdi
Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas vəfat edib.
Publika.az-ın məlumatına görə, 92 yaşlı sabiq dövlət başçısı bu gün səhər saatlarında dünyasını dəyişib.
Papulyas 4 iyun 1929-cu ildə Yunanıstanın şimal-qərbindəki Yannina şəhəri yaxınlığındakı Molyvdoskepastos kəndində general-mayor Qriqorios Papulyasın ailəsində anadan olub. İkinci Dünya müharibəsi illərində müqavimət hərəkatında iştirak edib. Afina Universitetinin Hüquq fakültəsini bitirib, Milan Universitetində aspirantura (beynəlxalq ictimai hüquq və beynəlxalq münasibətlər), Köln Universitetində (beynəlxalq özəl hüquq) doktorluq dərəcəsini alıb. O, 1985-1989-cu illərdə Yunanıstanın xarici işlər naziri vəzifəsində çalışıb. 1989-1990-cı illərdə milli müdafiə nazirinin birinci müavini olub. 1993-cü ildə yenidən xarici işlər naziri postuna qayıdıb. O, parlamentin Milli Müdafiə və Xarici Əlaqələr komitəsinin sədri olub. Daha sonra baş nazir postunda hökumətə rəhbərlik edib. Karolos Papulyas 2005-2015-ci illərdə Yunanıstan prezidenti olub.
Turlar.az [newsid: 0-123300]

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi