Sabir Rüstəmxanlı kömək istədi: İndi görürəm, yanılmışam
1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi dəqiqləşən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlı xatirələrindən ibarət memuar yazmaq qərarına gəlib.
azxeber.com xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı olmuş VHP sədri bununla bağlı açıqlamasında deyib:
"Bir neçə aydır ki, xatirələrimi yazıram. Çox çətin bir işdir. Çətinliyi ondandır ki, bir çox önəmli olaylar, görüşlər, həyatımdan keçən insanlar yaddaş ümidinə qalıb. Yaddaşım möhkəm idi və düşünürdüm hər şey zehnimə elə həkk olunur ki, heç bir qeyd dəftərinə ehtiyac qalmayacaq. İndi görürəm, yanılmışam. Rastlaşdığım tanışlar bəzən köhnə günlərimizlə bağlı elə sözlər deyir, elə epizodlar danışırlar ki, yaddaşımda qaralmaqda, qarışmaqda olan aylara, illərə işıq salır".
S.Rüstəmxanlı sosial media vasitəsilə onu tanıyanlara müraciət edib:
"Bəs siz görüşlərimiz, tanışlıqlarımız, birgə işimiz və yolumuzla bağlı nəyi xatırlayırsınız? Zəhmət olmasa yazın. Aldığım bütün mətnlərin, xatirələrin müəllifini göstərəcəyimə əmin ola bilərsiniz. Qabaqcadan təşəkkür edirəm…".

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat