Sabirabadda qəza magistral yolda tıxac yaratdı
Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı magistral yolda tıxac yaranıb. Təxminən 1 saata yaxın avtomobillərin hərəkəti qəza səbəbindən məhdudlaşıb.
KONKRET.az xəbər verir ki, yol qəza hadisəsi günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayon Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin yanacaq daşıyan digər bir avtomobillə toqquşması nəticəsində hadisəyə səbəb olan yük avtomobili əks istiqamətdə hərəkətdə olan və Azərpoçt MMC-yə məxsus avtomobilin qarşısına çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb.
Qeyd edək ki, qəza səbəbindən magistral yolda böyük tıxac yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub və hərəkət bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.//Apa


Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi