"Sadəcə, böyük klub mənə "Qarabağ"dakı qədər pul verə bilər" - Almeyda
"Portuqaliyadan Azərbaycana pul üçün gəlmişdim. Ancaq sadəcə, böyük klub mənə "Qarabağ"dakı qədər pul verə bilər".
KONKRET.azxəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Portuqaliyanın "ojogo.pt" saytına açıqlamasında deyib.
"Jil Visente"nin sabiq oyunçusu Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə keçiriləcək oyunu dəyərləndirib. 34 yaşlı orta sahə oyunçusu rəqibin ünvanına tərif yağdırıb: "Portuqaliyaya gedəndən bəri həmişə "Braqa"ya rəğbət bəsləmişəm. Alan, Lima, Salino, Uqo Viana ilə super komanda qurdular, "Benfika"nı məğlub edərək Avropa Liqasının finalına çıxdılar. "Qarabağ"a bənzəyir, amma maaşı bizdən yuxarı olan klubdu. "Braqa" sabitdir, fəlsəfələrinə görə və fərq yaradan oyunçuları seçir. Onlar böyük klublara çoxlu məşqçi göndərirlər. Rəqibdə yüksək səviyyəli oyun sistemi görürəm və çox yaxşı oyunçular var".
Almeyda "Braqa"nın heyətində bir neçə futbolçunu fərqləndirib: "Alvaro Djalo, Rikardo Orta, Xose Fonte, Mateus, Simon Banzanın adını çəkə bilərəm. Böyük potensiala malik Vitor Karvalyunu çox bəyənirəm. Onu "Jil Visente"dən tanıyıram. Son illər yetişən gənclər də var. Bu gün yaxşı oyun proqnozlaşdırıram. Növbəti mərhələyə Vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, bu gün keçiriləcək "Braqa" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto