Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir?
Bakının Qaradağ rayonunda yerləşən 233 saylı orta məktəbdə şagirdin xəsarət alması ilə nəticələnən hadisə baş verib.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, bu gün 9 "B" sinfində keçirilməli olan fizika dərsində müəllim Sevinc Mikayılova işdə olmayıb və dərs əvəz edilməyib.
Şagirdlər məktəbin həyətinə buraxılıb və bu zaman Ələkbərova Nüşabə Elmar qızı yıxılaraq ayağının diz nahiyəsindən xəsarət alıb.
Məlumata görə, məktəb rəhbərliyi hadisədən saat 08:25 radələrində xəbərdar olub. Daha sonra şagirdin valideyni Ələkbərova Tətavətə məlumat verilib və onun məktəbə gəlməsi istənilib. Valideyn övladını şəxsi avtomobili ilə qəsəbədə yerləşən Assmed klinikasına aparıb. Orada rentgen müayinəsi aparıldığı, şagirdin ayağına karset qoyulduqdan sonra evə buraxıldığı bildirilir.
Hazırda şagirdin ev şəraitində müalicə olunduğu qeyd edilir.
Xatırladaq ki, bir neçə gün əvvəl də həmin məktəbdə bıçaqlanma hadisəsi baş vermişdi. Bundan təxminən bir ay əvvəl isə məktəbdə şagirdin özünü pəncərədən atdığı barədə məlumat yayılmışdı.
Məsələ ilə bağlı aidiyyəti qurumların münasibətini təqdim etməyə hazırıq.
Natiq Səlim
KONKRET.az

102-nin aqibəti necə olacaq? – "Ermənilər rusları istəmir"
Ermənistan Azərbaycana nə ixrac edəcək?
Rusiya artıq Paşinyandan izahat deyil, qərar gözləyir
Rusiyanın gizli Paşinyan arzusu: Müharibədən sonra ortaya çıxdı
Günəşdə güclü partlayış oldu
"100 dollar götürdük, çox utanırdım" - Emindən maraqlı etiraf
Elgiz yeni verilişinin tarixini açıqladı
Tatlısesin son görüntüsü - sevənləri kədərləndi - Foto
Bu avtomobillər 600 manatdan satışa çıxarılır
Sabah bu ərzilərdə işıq olmayacaq
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı
Taylanda getmək istəyən azərbaycanlılara xoş xəbər
Deputat: "Orta Dəhliz Şərqlə Qərbi birləşdirən mühüm platformadır
Mehriban Əliyeva Bişkekdə "Ala-Arça" Dövlət iqamətgahında olub
BMT kənardan müşahidəçi statusunda prosesləri izləyib' - Deputat