Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
Parlamentin sədri Sahibə Qafarova Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.
azxeber.com xəbər verir ki, qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova, xüsusi iclasda iştirakına, geniş və maraqlı nitqinə görə həmkarına təşəkkürünü bildirib.
Görüşdə qeyd olunub ki, Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq, dostluq əlaqələri uğurla inkişaf edir. Dövlət başçılarımız arasında mövcud olan dostluq əlaqələri Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında önəmli rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya, həmçinin, Serbiya Prezidenti Aleksandar Vuçiçin ötən ilin dekabrında ölkəmizə baş tutmuş səfərlərinin uğurlu nəticələri qeyd olunaraq, bu səfərlər zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına dair geniş və əhəmiyyətli müzakirələrin aparıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycan və Serbiya ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsipial məsələlərdə həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə bir-birini qarşılıqlı şəkildə dəstəkləyir.
Qeyd olunub ki, ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Vurğulanıb ki, parlamentarilərimiz, o cümlədən, dostluq qrupları arasında təmasların daha da sıxlaşdırılması ümumi əlaqələrin dinamikasına müsbət təsir göstərə bilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Tramp İlham Əliyevdən sitat gətirdi
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı
"Mahiri komandanın lideri olacağına inandırıblar" - Ayxan Abbasov