Sahibə Qafarova Türkiyə parlamentinin sədri ilə müzakirələrdə - YENİLƏNİB + VİDEO

Sahibə Qafarova Türkiyə parlamentinin sədri ilə müzakirələrdə - YENİLƏNİB + VİDEOSahibə Qafarova Türkiyə parlamentinin sədri ilə müzakirələrdə - YENİLƏNİB + VİDEO
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyətini qəbul edən zaman bildirib ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, tək millətdir. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mustafa Şentop diqqətə çatdırıb ki, Ermənistan təkcə Azərbaycana deyil, bütün bölgəyə təhdiddir. 
"Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycana istənilən mövzuda dəstək olmağa hazırıq. Bu baxımdan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanındadır". 
TBMM sədri qeyd edib ki, Azərbaycan prezidentinin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər 83 milyonluq Türkiyənin qəlbinə su səpib. Mustafa Şentop Yunanıstanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürünü çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova səmimi görüşə görə minnətdarlıq edərək parlamentin başçısı kimi ilk olaraq Türkiyəni ziyarət etməsindən məmnunluq duyduğunu ifadə edib. 
O bildirib ki, ölkələrimiz arasında gözəl ənənə formalaşıb – yüksək vəzifəli dövlət rəsmilərimiz vəzifələrinin icrasına başladıqdan sonra ilk rəsmi xarici səfərlərini qarşılıqlı şəkildə qardaş ölkəyə edirlər: 
"Mən də bu gözəl ənənəyə sadiq qalaraq ilk xarici rəsmi səfərimi məhz dost ölkə Türkiyədən başladım. Bu, olduqca təqdirəlayiqdir və mən əminəm ki, iki qardaş ölkə arasında bu gözəl ənənə bundan sonra da yaşayacaq".
Sahibə Qafarova təəssüflə bildirib ki, koronavirus pandemiyası səbəbindən bu səfəri daha əvvəl həyata keçirmək mümkün olmayıb. Sədr pandemiyaya qarşı aparılan çox təsirli mübarizə ilə bağlı qardaş Türkiyə Cümhuriyyətini təbrik edib. 
Azərbaycan-Türkiyə münasibətlərindən danışan Milli Məclisin sədri qeyd edib ki, dünya siyasi sistemində bunun alternativi yoxdur. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir.
Sədr diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə TBMM xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq qardaş parlamentlər xarakterinə sahibdir. Bu qardaşlıq parlamentlər arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda özünü göstərir:
"Parlamentlərimizdə qarşılıqlı fəaliyyət göstərən dostluq qrupları vardır. Azərbaycan tərəfdən Əhliman Əmiraslanov, həm də Türkiyə tərəfdən Şamil bəy bu qruplara uğurla rəhbərlik edirlər. Şamil Ayrım Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeninə layiq görülüb".
Sahibə Qafarova qeyd edib ki, parlament rəhbərləri ilə yanaşı, dostluq qrupları arasında da qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür:
"Çünki dostluq qrupları arasında təmasların intensivləşməsi ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə mühüm töhfə verir". 
Sədr iyulun 12-də Ermənistan tərəfindən Tovuz istiqamətində sərhəddə törədilən təxribatla bağlı Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya – AKP, CHP, MHP və "İYİ" Partinin ortaq bəyanatla çıxışına görə Türkiyə siyasətçilərinə, siyasi partiyalarına bir daha dərin minnətdarlığını bildirib.
Xanım sədr vurğulayıb ki, bir millət iki dövlət olaraq tariximizdə də çox oxşarlıqlar var. Buna görə gələcəyimizi də gərək elə quraq ki, bunları qoruyub saxlayaq. 
Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, İlham Əliyevin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər bütün Azərbaycanın mövqeyidir.
"Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanla Türkiyə arasında çox sıx münasibətlər var. Bugünədək iki ölkə arasında 249 sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri təkcə bizim ölkələr üçün deyil, bütün bölgə üçün mühüm layihələrdir və bunu birlikdə həyata keçirməyimiz bizim birliyimizdən, qardaşlığımızdan və dostluğumuzdan xəbər verir. Hesab edirəm ki, biz bu münasibətləri daha da genişləndirməliyik".
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
15:40
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyətinin sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü olub.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.
/oxu.az

Siyasi       Tarix: 11 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran Günaz TV-nin adını bu siyahıya saldı

İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının siyahısını yayıb. KONKRET.azxəbə

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. KONKRET.azxəbər verir ki, əvvəlcə Azərbaycan Prezident

Ərdoğan Qətərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya səfər edib. -ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Ərdoğan mərhum dövlə

Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı

Ukraynalı məşhur jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevlə birgə fotosunu paylaşıb. . xəbər verir ki, foto IV Şuşa Qlobal Media forumunun kuluarlarında çəkilib. "Azərbaycan Prezidenti İlham Əliyevl

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqiş

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev I

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib. xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber cəbhədən son məlumatlar en son xəbərlər bugün cebheden xeberler