Şahruddin keçmiş klubuna qayıda bilər
Azərbaycan futbol millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev sabiq klubuna qayıda bilər.
KONKRET.az Sport24.az-a istinadən xəbər verir ki, "Sumqayıt" 32 yaşlı qolkiperin xidmətində maraqlıdır. "Kimyaçılar" təcrübəli əlcək sahibini heyətinə qatmaq üçün artıq rəsmi təklif də göndəriblər.
Məhəmmədəliyev isə yekun qərarını verməyib. Milli komandanın qapıçısı "Sumqayıt"ın təklifini nəzərdən keçirmək və gələcəyi ilə bağlı qərar vermək üçün vaxt istəyib.
Tərəflər arasında danışıqların nəticəsindən asılı olaraq, Şahrudinin illər sonra "Sumqayıt"a qayıtması mümkün görünür.
Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev 2014-2016-cı illərdə "Sumqayıt"ın formasını geyinib. "Kimyaçılar" mövsümlərarası fasilədə anlaşdığı braziliyalı qolkiper Ceymes Almeyda isə toplanış dönəmində aldığı ağır zədə səbəbindən "Sumqayıt"dan ayrılıb.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyevin xidmətində "Zirə"nin də maraqlı olduğu deyilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA