"Şahruddin və Medinadan qalmaqallı ayrılığa REAKSİYA - FOTO
"Qarabağ"ın futbolçuları Kevin Medina və Şahruddin Məhəmmədəliyev instaqramda atdıqları addımla diqqət çəkiblər.
KONKRET.az xəbər verir ki, hər iki futbolçu da klubla əməkdaşlığı dayandıran Elmir Kərimova dəstək olub.
28 yaşlı əlcək sahibi gənc fotoqrafın çəkdiyi şəklini öz hekayə bölümünə yerləşdirib və Elmir Kərimovun adını işarələyərək böyük ürək emojisi yerləşdirib.
Ardınca azarkeş səhifəsində Elmir Kərimovun işdən çıxarılması ilə bağlı geniş statusu oxuyan Kevin Medina da reaksiyasız qalmayıb. Kolumbiyadan olan müdafiəçi azərbaycanlı gəncə sahib çıxmağı özünə borc bilib. O, əsəbi olduğunu göstərən emojilərdən istifadə edib.
Fotoqraf 4 ilə yaxındır klubla əməkdaşlıq edirdi.
Onun ayrılığı ictimaiyyətdə geniş rezonans doğurub.
Belə ki, "Qarabağ"ın daxili oyunlarını 50 manata çəkən Kərimova, avrokuboklar matçları üçün də bu pulun ödəniləcəyi bildirilib.
4 il ərzində avrokuboklarda hər matç üçün 100 manat aldığını bildirən Elmir Kərimov qərarla razılaşmayınca klubla əməkdaşlığa son qoymaq məcburiyyətində qalıb.
3-cü qrup əlil olan Elmir Kərimov daha əvvəl "İmarət" fan-klubunun da üzvü olub./sportinfo.az

Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi