Şahruddinin səhvləri "Qarabağ"a neçə milyona başa gəldi? - FANTASTİK RƏQƏM

Şahruddinin səhvləri Ötən gün baş tutan "Rakuv" – "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsi matçı Şahruddin Məhəmmədəliyevin səhvləri ilə yadda qalıb.
KONKRET.az xəbər verir ki, 29 yaşlı qolkiperin səhvləri Ağdam təmsilçisinə 27 milyon manat zərər vurub. Bu barədə "Rekord.az" məlumat yayıb.
Şahruddin Məhəmmədəliyevin son 2 ildə yol verdiyi kobud, birbaşa nəticəyə təsir edən səhvləri maddi olaraq nə qədər zərərə başa gəlib, klub nə qədər maliyyə itirib?
Detallı baxaq, hesablayaq.
 1. 25 noyabr 2021-ci il.
"Qarabağ" – "Omoniya" (Kipr) 2:2
Konfrans Liqası. H qrupu.
90-cı dəqiqədə 10 nəfərlə qalan kiprlilərin forvardı Xordi Qomesin meydanın mərkəzindən qol vurur. Şahruddinin kobud səhvi var. Etibarlı mənbənin verdiyi məlumata görə, oyundan öncə baş məşqçi "Qomes uzaqdan zərbələr vurur, qabağa çıxma" tapşırığını verib. Amma Şah buna riayət eləməyib. Nəticədə xal itkisi və qrupu 1-ci bitirmək perspektivinin minimuma enməsi.
KL-də qrupda qələbəyə verilən pul: 500 min avro.
KL-də qrupda bərabərliyə verilən pul: 166 min avro.
Faktiki itki: 334 min avro.
KL-də qrup liderliyi üçün mükafat: 650 min avro.
KL-də qrupda 2-ci olmağa görə mükafat: 325 min avro.
İtki: 325 min avro.
Əlavə olaraq
Birbaşa 1/16 finala çıxış bonusu: 600 min avro.
Nokauta (pleyf-off) çıxış bonusu: 300 min avro.
İtki: 300 min avro.
Bir səhvin başa gəldiyi toplam itki: 959 min avro.
* * *
2. 23 avqust 2022-ci il.
"Viktoriya" (Çexiya) – "Qarabağ" 2:1.
Çempionlar Liqası. Pley-off.
Şahruddin "məhşur" qabağa çıxışını edir, meydan sahibləri rahat fərqlənərək qələbənin təməlini qoyurlar. Nəticədə "Qarabağ" Çempionlar Liqasının yox, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır.
Çempionlar Liqasının qrupuna vəsiqə üçün mükafat: 15 milyon 640 min avro.
Avropa Liqasnın qrupuna vəsiqə üçün mükafat: 3 milyon 630 min avro.
Faktiki itki: 12 milyon 10 min avro.
* * *
 3. 27 oktyabr 2022-ci il.
"Nant" (Fransa) – "Qarabağ" 2:1
Avropa Liqası. G qrupu.
Şahruddin səhv ötürməylə topu rəqibə verir və fransızlar qol vuraraq qələbə üçün böyük üstünlük qazanırlar (O qol olmasaydı, oyun bərabərlik bitə bilərdi. Bəli, futboldu, öncədən proqnozlaşdırmaqolmur, amma reala yaxın durum məhz belə idi). Nəticədə "Nant" qrupda 2-ci olaraq Avropa Liqasının pley-offuna, "Qarabağ" isə 3-cü olaraq Konfrans Liqasına vəsiqə qazanır.
Avropa Liqasında qrupda bərabərlik üçün mükafat: 210 min avro.
İtki: 210 min avro.
Avropa Liqasının qrupunda 2-ci olmaq üçün bonus: 550 min avro.
Avropa Liqasının pley-offuna (nokaut) çıxış üçün əlavə bonus: 500 min avro.
Konfrans Liqasının pley-offuna çıxış üçün bonus: 300 min avro.
İtki: 750 min avro.
Toplam itki: 960 min avro.
* * *
4. 26 iyul 2023-cü il.
"Rakuv" (Polşa) – "Qarabağ" 3:2.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi.
Kobud səhvlərlə yadda qalan Şah "Qarabağ"ı faktiki qələbədən etdi.
Bu səhvlər nəticəsində komanda turu keçə bilməsə 380 min avro itirəcək.
Bu günə olan itki ehtimalı: 380 min avro.
* * *
Beləliklə, son 2 ildə Şahruddinin kobud səhvləri nəticəsində klub 14 milyon 309 min avro faktiki itki edib. Növbəti mərhələlərdə qazanılacaq qələbələr, daha böyük klublarla oyunlardan əldə edilə biləcək digər mümkün gəlirləri heç saymıram. Adicə ötən il "Barselona", "Bavariya" və "İnter"li qrupda oynamağın nə demək olduğunu izah etməyə ehtiyac yoxdu.
Həmçinin Məhəmmədəliyevin digər, səhv etdiyi, amma komandanın müsbə nəticə qazanaraq unutdurduğu oyunları da bura aid edilməyib.
Son nəticə:
14 milyon avro. Təxminən 27 milyon manat.

İdman       Tarix: 28 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Harri Keyndən yeni rekord

İngiltərə millisinin hücumçusu Harri Keyn yığma komandanın tarixində ən çox oyun keçirən meydan oyunçusu adına sahib çıxıb. milliaz-a istinadən xəbər verir ki, təcrübəli forvard bu göstəriciyə DÇ-2026-nın Argentina ilə yarımfina

Qurban Qurbanovdan şok qərar - Foto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib. KONKRET.azsportinfo-ya istinadla xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb. Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyə

Mahir Emreli bu kluba keçir: bu gün və ya sabah

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna transferi yekunlaşmaq üzrədir. Report-a istinadla xəbər verir ki, 29 yaşlı hücumçu hazırda Ekstraklasa təmsilçisində tibbi müayinədən keçir

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb. xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyal

İngiltərənin birinci qolu niyə ləğv edilmədi? - FIFA açıqladı

İngiltərə millisi əlavə vaxtda Norveç komandasına qalib gələrək 2026-cı il dünya çempionatının yarımfinalına yüksəlib. Mayamidə keçirilən matç 2:1 hesabı ilə başa çatıb. Lakin ingilislərin vurduğu ilk qol ciddi mübahisələr

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

Argentina-İngiltərə matçında Lionel Messi ilə Cud Bellinqem arasında dialoq gerçəkləşib. Savaşmedia.az-a istinadla xəbər verir ki, iddialara görə, müxbir oyundan sonra C.Bellinqemdən Messiyə nə dediyini soruşub. "Önəml

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

CAR yığmasının və "Mamelodi Sandauns" klubunun yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında həyatını itirib. xəbər verir ki, bu məlumatı "Soccer Laduma" portalı yayımlayıb. Ölümün səbəbləri barədə məluma

Dünya çempionatları tarixində ilk yaşandı

Dünya çempionatları (DÇ) tarixində ilk dəfə olaraq FIFA reytinqinin ilk dörd pilləsində qərarlaşan milli komandalar yarımfinal mərhələsinə yüksəlib. -a istinadən xəbər verir ki, DÇ-2026-nın 1/4 final mərhələsinin oyunlar

Yarımfinal oyunları nə vaxt olacaq?

Dünya çempionatının yarımfinal cütləri bəlli olub. xəbər verir ki, İsveçrəyə 3:1 qalib gələn Argentina sonuncu ½ finalçı olub. Bununla da cütlər müəyyənləşib. Matçların başlama tarixi də aşağıdakı kimidir. DÇ-2026. Yarımfinal


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər şou biznes xəbərləri son xeber az xəbər.az